6. Uzunmüddətli qeybin nə faydası vardır?
Həzrət Mehdinin (əc.) yüz illər bizdən gizli yaşamasının və uzun müddət qeybət aləmində ömür sürməsinin nə faydası vardır?
Cavab: Onun qeybdə olmasının səbəbi bizik. Necə deyərlər, əllərimiz qısa, xurma isə ağacın başında. Əgər o həzrət xalqın onun gəlişinə hazır olmadığı bir vaxtda zühur edərsə, başqa imamlar kimi o da imamət məktəbinin ali məqsədlərinə çatmazdan əvvəl dünyadan köçər. Halbuki, Allah-taala özü onun zühurunu istəyir ki, yer üzünü haqq-ədalətlə doldursun və bütün övliyaların, peyğəmbərlərin məqsədlərini həyata keçirsin. Belə bir zühurun dərin və geniş bir hazırlığa ehtiyacı vardır.
Rəvayətlərə görə, onun qeybdə olması, günəşin qara buludlar arxasında gizlənməsinə bənzəyir. Buludlar onun önünü kəssə də, günəşin nuru bütün dünyaya çatır və insanlar onun nurundan, istisindən bəhrələnirlər. O cəna-bın qeybdə olmasının fəlsəfəsini aşağıdakı üç bənddə xülasə etmək olar:
–Və`d edilmiş Mehdiyə (əc.) ümid bəsləmək qəlbə rahatlıq verir və bizə onun intizarı ilə yaşamağı öyrədir. Belə bir ümid, təhrikedici ümiddir.
–Həzrətin qeybdə olması və vilayəti-fəqihin onun tərə-findən canişinliyi, şiələrin pillə-pillə irəliləməsinə və onun zühuruna hazırlıq üçün əsas səbəbdir.
–Eyni zamanda, o həzrət, qeybdə olduğu vaxtda da fəqihlərin, rəhbərlərin və haqq yolunu gedənlərin güclü dayağıdır.
Həzrət Mehdinin (əc.) qeybdə olmasının səbəblərini araşdırdıqda insan bu nəticəyə yetişir ki, günəş önündəki qara buludlar kimi, maneələr o həzrəti qeyb pərdəsi arxasında saxlayır. İnsan bu araşdırmada maneələri tanı-yır və onların aradan qaldırılması üçün sə`y göstərir.
Dostları ilə paylaş: |