9. Rəc`ət
Həzrət Mehdinin (əc.) zühurundan sonra imamların, yaxşı və pis insanların bir qrupunun həyata dönərək əməllərinin mükafatını almaları fikri nə dərəcədə düz-gündür?
Cavab: Ölülərin dirilmə imkanı, İslami baxımdan qəti bir işdir. Necə ki, «Bəqərə» surəsinin 260-cı ayəsində həzrət İsanın (ə) Allahın izni ilə ölüləri diriltməsinə işarə edilmişdir.
Həzrət Mehdinin (əc.) zühuru zamanı imamlar bir-birin-dən sonra ardıcıl surətdə həyata qayıdacaq. Həyata ilk dönən imam İmam Hüseyn (ə) olacaq.
Əshabi-Kəhf, Malik Əştər və Miqdad kimi iyirmi yeddi nəfər ləyaqətli insan diriləcək və Nəcəf şəhərində həzrət Mehdinin (əc.) qoşunlarına qoşulacaq.
İmam Hüseyn (ə) şəhid olan zaman yer - göy özünəxas halları ilə nalə çəkib dedilər: “Ey Allah! Bizə izn ver, bütün məxluqatı həlak edək. Çünki bunlar sənin şərəfli bəndəni həlak etdilər". Allah-taala onlara vəhy etdi: “Ey mələklər, yerlər və göylər! Aram olun". Sonra isə qeyb pərdələ-rindən bir pərdəni arxaya çəkib, həzrət Məhəmmədi (s) və on iki imamı onlara göstərdi. Bu vaxt onların içərisində həzrət Mehdini (əc.) göstərib, üç dəfə buyurdu: “İmam Hüseynin (ə) intiqamını bu şəxsin vasitəsilə alacağam".
İmam Sadiq (ə) buyurmuşdur:
“Həqiqətən, İmam Hüseyn (ə) həzrət Mehdinin (əc.) ömrünün son anlarında rəc`ət edəcək və Mehdi (əc.) vəfat etdikdən sonra onun bədəninə qüsl verəcək".
Dostları ilə paylaş: |