11. Zühur əlamətləri
Bə`zi rəvayətlərə görə, zühur əlamətləri müxtəlifdir. Bu əlamətləri üç qismə bölmək olar:
1. Ümumi əlamətlər, günahların çoxalması və dünyanın zülmlə dolması və s. Bu əlamətlər həzrət Mehdinin (əc.) zühuruna yaxın deyil, zühurdan on il qabaq baş verən hadisələrdir.
2. Həzrətin zühuruna yaxın olan əlamətlər. Məsələn, zühurdan iki, üç və ya dörd il qabaq baş verən hadisələr.
3. Həzrət Mehdinin (əc.) zühuru zamanı baş verəcək hadisələr.
Bundan əlavə, bu əlamətlərin bə`zisi aşkar, bə`zisi isə gizlidir.
Həmçinin, gərək diqqət edək ki, həzrət Mehdinin (əc.) zühuru ilə qiyamının arasında fasilə vardır. Əvvəl zühur edəcək, sonra qiyam. Rəvayətdə deyilmişdir:
“Ramazan ayının iyirmi üçüncü gecəsində İmam Mehdinin (əc.) adı ilə bir səs ucalacaq və aşura günündə qiyam edəcək".
Ola bilsin ki, ramazan ayının iyirmi üçüncü gecəsindəki nidadan məqsəd, həzrətin zühurunun e`lan olunmasıdır.
Dəccal, Süfyani, Həsəni və Yəmaninin meydana çıxması, həzrət Mehdinin (əc.) zühurunun qəti əlamət-lərindəndir.
Dostları ilə paylaş: |