Nəfsi-Zəkiyyənin şəhadəti
Nəfsi-Zəkiyyə İslam peyğəmbərinin (c) nəslindən olan bir cavandır. Həzrət Mehdi (əc.) camaatdan kömək istəmək üçün onu Məkkə şəhərinə göndərəcək. O, Mək-kədə imamın xəbərini xalqa çatdırdıqdan sonra düş-mənlər hücum edib, onu Həcərül-əsvədlə Məqami-İbrahimin arasında qətlə yetirəcək və başını bədənindən ayıracaqlar. Bu faciədən on beş gün sonra həzrət Mehdi (əc.) qiyam edəcək.
12. Həzrət Mehdinin (əc.) hakimiyyət illəri
Həzrət Mehdinin (əc.) hökuməti barədə olan rəvayətlər müxtəlif cürdür. Nəql olunmuşdur ki, həzrət beş, yeddi, iyirmi, yetmiş və yaxud doxsan il hökumət edəcək. Həmçinin rəvayətlərdə həzrətin (əc.) üç yüz doqquz il hakimiyyətdə olması da bildirilmişdir. İmam Baqir (ə) buyurmuşdur:
“Həzrət Mehdi (əc.) üç yüz doqquz il, Əshabi-Kəhfin öz mağaralarında yatdıqları qədər hökumət edəcək. O, zülmlə dolmuş yer üzünü haqq-ədalətlə dolduracaq. Allah-taala şərqdən qərbədək bütün yer üzünü onun tabeliyinə gətirəcək. O, düşmənləri məhv edəcək və yer üzündə yalnız İslam dini hakim olacaq".
Dostları ilə paylaş: |