Zühurun tezləşməsi üçün çox dua edin. Çünki dua zühuru tezləşdirir.
ÜÇÜNCÜ HİSSƏ: Həzrət Mehdinin (əc.) hökumətinin xüsusiyyətləri Tövhid (təkallahlıq) və xalis İslam dini Ədalət, əmin-amanlıq və bolluq Həzrət Mehdinin (əc.) dövründə tə`lim-tərbiyə Hamar yollar və şəhərlərin genişləndirilməsi
Həzrət Mehdidən (əc.) on kəlam:
–Sizə əmr edirəm ki, heç bir şeyi Allaha şərik qoş-mayasınız və Allahın, onun Peyğəmbərinin (s) itaətində diqqətli olasınız.
–Sizə əmr edirəm ki, Qur`anın yaşatdığını yaşada, məhv və batil bildiyini məhv edəsiniz.
–Mən Adəmdən (ə) davamçı, Nuhdan (ə) azuqə, İbrahimdən (ə) seçilmiş, Məhəmməddən (ə) xülasəyəm.
–Sizə faydası olmayan şeyləri soruşmayın.
–Zühurun tezləşməsi üçün çox dua edin. Çünki dua zühuru tezləşdirir.
–Biz sizin yaşayışınıza diqqət edir, sizi yaddan çıxartmırıq.
–Heç bir şey namaz kimi şeytanın burnunu ovmur. Elə isə namaz qıl, şeytanın burnunu ov.
–Qeyb dövründə məndən bəhrələnməyiniz, günəş buludlar arxasında olarkən onun nurundan bəhrələn-məyiniz kimidir.
–Zühurun baş verməsi Allahın iradəsinə bağlıdır. Onun vaxtını dəqiq tə`yin edənlər, yalançı şəxslərdir.
Dostları ilə paylaş: |