Mehriban və bağIŞlayan allahin adi iLƏ



Yüklə 1,04 Mb.
səhifə7/51
tarix10.01.2022
ölçüsü1,04 Mb.
#107773
1   2   3   4   5   6   7   8   9   10   ...   51

Yuxuda müsəlman oldu


Məleykə belə deyir: “Yuxudan ayılandan sonra qorxu-dan yuxumu heç kimə, hətta babama belə söyləmədim. Amma gecə-gündüz o yuxunun tə`sirində idim. Öz-özümə deyirdim ki, mən burada, İmam Həsən Əsgəri (ə) isə çox uzaqda. Axı mən necə onun həyat yoldaşı ola bilərəm?

Qəlbim başdan-başa onun məhəbbəti ilə dolmuşdu. Daim fikirdə idim. Bu mənim xəstələnməyimə səbəb oldu. Bütün Rum həkimlərini gətirdib məni müayinə etdirdilər, amma heç bir dava-dərmanın xeyri olmadı. Mən bilirdim ki, bu xəstəlik cismi xəstəlik deyil. Atam artıq məndən ümidini üzmüşdü. Bir gün o mənə dedi:

–Bir arzun varmı yerinə yetirim?

Mən dedim:

–Müsəlman əsirlərinə çox əziyyət verməyin, onları işgəncələrdən azad edin. Bəlkə bu xeyirxahlığınıza görə Allah sağlamlığımı özümə qaytarsın. Bəlkə həzrət Məsih və anası bu xeyirxahlığa görə mənə mərhəmət etsinlər.

Atam razılaşdı. Müsəlman əsirlərinin bir qismini azad etdi, bə`zilərinin isə işgəncə və cəzalarını götürdü. Mən çox şad oldum. Bundan sonra gündən-günə vəziyyətim yaxşılaşdı. Həmin hadisədən sonra atam sərəncam verdi ki, müsəlman əsirlərinə qayğını daha da artırsınlar. Bu hadisədən on dörd gün keçdi. Bir gecə yuxuda gördüm ki, dünya və axirət aləminin böyük xanımı Fatimeyi-Zəhra (ə), həzrət Məryəm (ə) və bir neçə qadın mənim yanıma gəliblər. Həzrət Məryəm (ə) mənə dedi ki, bu qadın sənin həyat yoldaşının anasıdır. İmam Həsən Əsgəri (ə) yadıma düşdü, ixtiyarsız halda kövrəldim və Fatimeyi-Zəhraya (ə) dedim ki, Həsən Əsgəridən gileyliyəm, niyə gəlib mənə baş çəkmir? Ağlamaq sözümü kəsdi.

Həzrət Fatimə (ə) buyurdu:

“Sən məsihi olaraq qaldıqca, oğlum sənin sorağına gəlməyəcək. Əgər istəyirsənsə Allah-taala və həzrət İsa (ə) səndən razı olsun, İslam dinini qəbul et ki, gözlərin İmam Həsən Əsgərinin (ə) nuru ilə işıqlansın".

Mən dedim:

–Anacan, bütün vücudumla İslam dinini qəbul etməyə hazıram.

O, mənə dedi:

–Məleykə, elə isə mənim dediyim sözləri təkrar et.

Mən onun dediyini təkrar etməyə başladım:

–Allahın birliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verirəm.

Bu vaxt Fatimeyi-Zəhra (ə) məhəbbətlə məni bağrına basıb, nəvaziş edərək buyurdu:

–Xoşhal ol, sənə müjdə verirəm ki, bundan sonra İmam Həsən Əsgəri (ə) sənin görüşünə gələcək və sən onu ziyarət etməyə müvəffəq olacaqsan.

Bu vaxt yuxudan oyandım. Çox şad idim. Daim Allahın birliyinə və həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadəti təkrar edirdim. Həmişə İmam Əsgəri (ə) ilə görüşməyin intizarında idim. Nəhayət, bir gün sonra gecə yuxuda gördüm ki, İmam Həsən Əsgəri (ə) mənim görüşümə gəlib. Onu görməyimə çox sevindim. Giley-güzar etdim ki, niyə mənim görüşümə gəlmirdin?

O həzrət buyurdu:

“Bunun səbəbi, sənin İslam dinində olmamağın idi. Bundan sonra rəsmi izdivac edənə kimi, səni görməyə gələcəyəm".

Yuxudan oyandım. Bundan sonra artıq hər axşam onu yuxuda görürdüm. Səhhətim gündən-günə yaxşılaşırdı. Əzəmətli Allahın mərhəməti sayəsində, yenidən sağ-lamlığımı əldə etdim".



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin