Mehriban və bağIŞlayan allahin adi iLƏ


Müsəlmanlarla rumluların müharibəsi



Yüklə 1,04 Mb.
səhifə8/51
tarix10.01.2022
ölçüsü1,04 Mb.
#107773
1   ...   4   5   6   7   8   9   10   11   ...   51

Müsəlmanlarla rumluların müharibəsi


Məleykəni bu zülmət saraydan uzaqlaşmaq fikri rahat buraxmırdı.

Müsəlmanlarla rumlular arasında gedən uzunmüddətli müharibələr nəticəsində gah müsəlmanlar, gah da rumlular qələbə çalırdı. Bu döyüşlərdə gah müsəlmanlar rumluları, gah da rumlular müsəlmanları əsir götürürdü. Əsirlər qul və kəniz kimi satılır, yaxud qarşı tərəfin əsirləri ilə dəyişdirilirdi.

Belə müharibələrin birində rumlu qadınların bir dəstəsi, o cümlədən Məleykə də əsir düşdü və o, tanınmaması üçün özünü Nərgiz adlandırdı.

Buşr ibn Süleyman İmam Hadinin (ə) göstərişinə əsasən, İmamın dediyi gündə Bağdad şəhərinə yollandı. O, səhər tezdən gəmilərdən birinin Bağdad körpüsünə yetişdiyini gördü. Kənizlər satış mərkəzinə gətirildi. Bu vaxt Buşr, İmam Hadinin ona (ə) söylədiyi xüsusiyyətlərə uyğun gələn kənizi gördü. Müştərilər tə`kidlə onu almaq istəsələr də, o razı olmurdu.

Buşr irəliləyib, satıcının icazəsilə İmam Hadinin (ə) məktubunu Nərgizə verdi. O, məktubu oxuyan kimi, ixtiyarsız halda kövrəldi, gözləri doldu və sevincdən qəhərlənmiş halda sahibi Əmr ibn Yezidə dedi:

“Məni bu məktubun sahibinə sat!”

Əmr razılaşdı və İmam Hadinin (ə) göndərdiyi pulu qəbul etdi.

Buşr deyir: “Gətirdiyim pulu verib, kənizi aldım və oranı tərk etdim. O, tez-tez məktubu götürür, öpür və gözlərinə sürtürdü. Mən təəccüblə ona dedim:

“Sən ki, hələ məktubun sahibini tanımırsan. Niyə bu qədər məktubu öpürsən?”

O, dedi:


“Sənin bilmədiyin şey çoxdur. Əgər sən Peyğəmbər və onun canişinlərini tanısaydın, bu cür danışmazdın".

Bu vaxt o, öz başına gələnləri əvvəldən axıra kimi mənə danışdı. Bu sözlərdən sonra Nərgizin paklığını və ali mə`nəvi şəxsiyyətə, yüksək tərz-təfəkkürə malik olduğunu dərk etdim. Samirra şəhərinə çatana kimi xidmətində oldum".

İmam Hadi (ə) ona “xoşgəldin” deyib, əhvalını soruşdu. Sonra İmam bacısı Həkimə xanımı çağırıb ona dedi:

“İntizarında olduğun möhtərəm qadın budur".

Həkimə xanım onu qucaqlayıb, “xoşgəldin” dedi və təbrik etdi.

İmam Hadi (ə) Nərgizə dedi:

İslamın izzətini və xristianlığın xarlığını necə gör-dün?”

Nərgiz dedi:

“Siz onu məndən daha yaxşı bilirsiniz".

Sonra İmam Hadi (ə) bacısı Həkiməyə dedi:

“Bunu İslamın hökmləri ilə tanış et. Çünki bu, övladım Həsənin (ə) həyat yoldaşı və Məhəmməd (s) ümmətinin xilaskarının anası olacaq".

Sonra İmam Hadi (ə) üzünü Nərgizə tutub buyurdu:

Səni, başdan-başa zülmlə dolmuş dünyanı öz hökuməti sayəsində ədalətlə dolduracaq bir övladla müjdələyirəm".

Bəli, bu xanım özünü şahlar sarayının zülmətindən xilas edərək, babası Şəm`unun yolunu tutdu. Allah taala da ona kömək oldu. Nəhayət, İmam Həsən Əsgərinin (ə) həyat yoldaşı və dövrün imamı həzrət Höccətin (əc.) anası olmaq ləyaqətini əldə etdi.

İmam Hadinin (ə) bacısı daim onu hörmətlə “xanım” deyə səsləyərdi.

Bu xoşbəxt qadın bir rəvayətə görə, hicri qəməri tarixi ilə 261-ci ildə, İmam Həsən Əsgərinin (ə) şəhadətindən sonra vəfat etdi. Onun şərəfli məqbərəsi Samirra şəhə-rində İmam Həsən Əsgərinin (ə) qəbri kənarında yerləşir.

Beləliklə, həzrət Mehdi (ə) hələ körpə ikən ata-anasını itirmişdir.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin