Səadətli doğum günü
Şəban ayının on beşi, cümə günü sübh vaxtı, Mö`təmid Abbasinin xilafəti dövründə Samirra şəhərində dünya məzlumlarının yeganə pənahı dünyaya göz açdı.
İmam Həsən Əsgərinin (ə) bibisi Həkimə xanım həzrət Mehdinin (əc.) təvəllüd əhvalatını belə nəql edir:
“Şəban ayının on dördüncü cümə axşamı günü, qardaşım oğlu İmam Həsən Əsgərinin (ə) evinə getdim. Geri dönərkən İmam mənə buyurdu:
“Bu gecə bizdə qal, yer üzünü öz elmi, iman və hökmü ilə dirçəldəcək şəxs dünyaya gələcək".
Mən həmin gecəni onlarda qaldım. Dan yeri sökülən vaxt Nərgizin narahatlığı başlandı. İmam Həsən Əsgəri (ə) buyurdu:
“Qədr surəsini oxu!”
Mən Qədr surəsini oxumağa başlayan vaxt, anasının bətnində uşağın da mənimlə birgə həmin surəni oxu-mağını eşitdim. Elə bu vaxt mənimlə Nərgizin arasında bir pərdə çəkildi və mən daha onu görə bilmədim. Vəhşət içində otağı tərk etdim. İmam Həsən Əsgəri (ə) mənə geri dönməyimi söylədikdə, yenidən otağa qayıtdım. Otaqda göz bitişik qamaşdırıcı bir nur gördüm. Üzü qibləyə tərəf səcdəyə getmiş körpə bir uşaq gözümə sataşdı. O, əllərini göyə açdı və “Allahın birliyinə, babam Məhəm-mədin (s) onun elçisi olduğuna və atam Əlinin (ə) Allah elçisinin canişini olmağına şəhadət verirəm”– deyə buyurdu.
Sonra bir-bir imamların adlarını sadalayıb, öz adına çatıb dayandı.
Onu bir qundağa büküb, atası İmam Həsən Əsgərinin (ə) hüzuruna apardım. İmam Həsən Əsgəri (ə) onu qucağına götürüb, Qur`an, Tövrat, Zəbur və İncildən bir neçə ayə oxuyandan sonra, yenidən Qur`anın bu ayəsini tilavət etdi:
“Biz istəyirik ki, yer üzünün bütün müstəz`əflərinə minnət qoyaraq, onları yer kürəsinin rəhbərləri edək yer üzündə onların hakimiyyətini möhkəmlədək, Fir-on, Haman və onların qoşunlarının qorxduqları şey-ləri onlara göstərək”.
İmam Zamanın (əc.) təvəllüdü haqda bir az fərqlə başqa rəvayətlər də nəql edilmişdir. O cümlədən, Həkimə xanımdan belə bir rəvayət nəql olunur:
“Gecəni həzrət Nərgizlə birlikdə, onun otağında yat-mışdıq. Bir az keçdikdən sonra gecə namazı qılmaq üçün yuxudan oyanıb, namaza məşğul oldum. Gecə nama-zının axırıncı rəkətinə –“Vətr” namazına yetişən zaman həzrət Nərgiz yuxudan oyanıb dəstəmaz aldı və gecə namazı qılmağa başladı. O, “Vətr” namazına yetişən vaxt dan yerinin sökülmə vaxtının yaxınlaşmasını hiss etdim. Ayağa qalxıb, səmaya baxdım və İmam Əsgərinin (ə) sözlərinə qarşı qəlbimdə tərəddüd yarandığını hiss etdim. Birdən İmam Həsən (ə) öz otağından səsləndi:
“Şəkk etmə! Bir neçə dəqiqədən sonra sənə dediklərimi görəcəksən".
Həzrət Nərgizin otağına qayıdıb, onu namazdan ayrılmış və doğum sancısına tutulmuş halda gördüm. Birdən Allahın vəlisi həzrət Mehdini (ə) səcdə edən halda yerdə görüb, onu pak və təmiz vəziyyətdə ətəyimə götürdüm. İmam Həsən (ə) uca səslə buyurdu:
“Bibi, onu bura gətir!”
Uşağı onun yanına apardım. Həzrət onu məndən alıb, mübarək dilini ona verdi. Sonra isə onu sol dizinin üzərində əyləşdirdi və əlini başına çəkib buyurdu:
“Ey oğul! Allahın izni ilə dil aç, danış!”
Həzrət Mehdi (əc.) buyurdu:
“Şeytanın hiyləsindən Allaha pənah aparıram. Mehriban və bağışlayan Allahın adı ilə!”
Sonra isə əvvəlki səhifədə deyilən iki ayəni (Qəsəs surəsi, 5-6-cı ayələr) tilavət etdi.
Qırx gündən sonra İmam Həsən Əsgərinin (ə) evinə getdim. Həzrət Mehdini (əc.) evin içərisində yeriyən halda gördüm. Çöhrəsi o qədər nurani idi ki, hələ ömrüm boyu belə nurani sifət görməmişdim. Özü də o, çox aydın və bəlağətli danışırdı.
İmam Həsən Əsgəri mənə (ə) buyurdu:
“Bu körpə, Allah yanında əzəmətli və kəramətli bir körpədir".
Ona dedim ki, mənim sərvərim, qırxgünlük bu uşaq həm danışır, həm də yeriyir.
İmam Həsən (ə) təbəssümlə buyurdu:
“Hörmətli bibi, sən heç bilirsən ki, bizim bir günümüzün inkişafı, başqalarının bir illik inkişafına bərabərdir?”
Həkimə xanım deyir:
“Ayağa qalxdım, həzrət Mehdinin (əc.) mübarək başından öpüb, bayıra çıxdım. Otağa qayıdarkən onu görmədim. Evi nə qədər axtardımsa, tapa bilmədim. İmam Həsənə (ə) dedim:
“Bəs bizim sərvərimiz haradadır?”
İmam buyurdu:
“Həzrət Musanın (ə) anası Musanı (Nil çayına atanda) Allaha tapşırdığı kimi, mən də onu Allaha tapşırdım".
Bu kəlmələr, körpənin düşmən təhlükələrindən amanda qalması üçün gizli saxlanılmasına işarə idi".
Dostları ilə paylaş: |