Mehriban və bağIŞlayan allahin adi iLƏ



Yüklə 1,04 Mb.
səhifə10/51
tarix10.01.2022
ölçüsü1,04 Mb.
#107773
1   ...   6   7   8   9   10   11   12   13   ...   51

Əqiqə və it`am


Müstəhəbdir ki, insan, övladı dünyaya gələrkən əqiqə etsin. Yə`ni, bir qoyun kəsərək camaatı yeməyə də`vət etsin və yaxud onu camaat arasında bölüşdürsün.

İmam Sadiq (ə) buyurmuşdur:

Dünyaya gələn hər bir uşaq əqiqənin girovundadır".

Yə`ni, əqiqə uşağın sağlamlığının tə`minatıdır. Əqiqə körpənin sağlamlığında, onun ölümdən və xəstəliklərdən qorunmasında mühüm rol oynayır. Adətən, hər bir övlad üçün bir baş qoyun və ya inək əqiqə olunur. Ancaq rəvayətdə gəlmişdir ki, həzrət Mehdi (əc.) dünyaya gəldiyi vaxt, Həsən Əsgəri (ə) üç yüz baş qoyun əqiqə etdi. Bəlkə də bu qədər qurbanlığın səbəbi həzrət Mehdinin (əc.) yüz illər ömür sürəcəyinə görə idi. Həzrət Həsən Əsgəri (ə) bu məqsədlə əlindən gələni əsirgəmədi. O cümlədən, öz nümayəndəsi Osman ibn Səid Əmriyə göstəriş verdi ki, min ritl (təqribən 3276 kq.) çörək və həmin miqdarda ət alıb, Bəni Haşim qəbiləsinə paylasın. Habelə, İmam Həsən Əsgəri (ə) bə`zi səhabələrinə bir ədəd kəsilmiş qoyun göndərir və buyururdu:

“Bu, oğlumun qurbanlığıdır".

Həzrət öz səhabələrindən biri İbrahimə dörd baş qoç göndərərək yazdı ki, bunları oğlumun əqiqəsi adıyla qurbanlıq et və onun ətindən ye. Allah-taala onu sənə bərəkətli etsin! Bizim tərəfdarlarımızdan hər kimi görsən, bu qurbanlıqdan ona da ver".

Nəzərimizcə, bu işdə İmam Həsən Əsgərinin (ə) ən mühüm məqsədi körpənin səhhətinin sağlamlığı, öm-rünün uzun olması və həmçinin özünün övlad sahibi olmasını tərəfdarlarına xəbər vermək idi.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin