1. Əhməd ibn İshaqın görüşü.
İmam Həsən Əsgərinin (ə) Qum şəhərindəki vəkili Əhməd ibn İshaq Əş`əri Qumi deyir:
“İmam Həsən Əsgərinin (ə) yanına gedib, öz canişini haqqında ondan mə`lumat almaq istədim. O həzrət buyurdu:
“Ey Əhməd ibn İshaq! Necə ki, Allah-taala yer üzünü həzrət Adəmin (ə) dövründən indiyədək höccətsiz qoymayıb, bundan sonra da qiyamət gününə qədər höccətsiz qoymayacaq. Elə bir höccət ki, yer əhalisinin bəlalardan qorunması, yağış yağ-ması və habelə yer üzündə bərəkətlərin artması, yalnız onun sayəsindədir".
Mən ərz etdim:
“Ey Allah Rəsulunun övladı! Sizin xəlifəniz və sizdən sonrakı imam kimdir?”
İmam Həsən Əsgəri (ə) tez ayağa duraraq o biri otağa girib, yenidən bayıra çıxdı. Onun qucağında çöhrəsi on dörd gecəlik ay kimi parlayan təqribən üçyaşlı bir uşaq vardı. İmam Həsən Əsgəri (ə) mənə buyurdu:
“Ey Əhməd ibn İshaq! Əgər Allah və onun höccətləri yanında ehtiramın olmasaydı, bu körpə oğlumu sənə göstərməzdim. Bu uşaq, Allahın rəsulu həzrət Məhəm-mədin (s) adaşıdır. Bu, zülm və sitəmlə dolmuş dünyanı ədalətlə dolduracaq şəxsdir. Ey Əhməd! Xalq arasında bu uşağın məsəli həzrət Xızır (ə) və Zülqərneynin məsəlinə bənzəyir. And olsun Allaha, bu, həqiqətən qeyb olacaq. O zaman bunun zühuru üçün dua etməyə müvəffəq olan və imamlığına möhkəm əqidə bəsləyən şəxslərdən savayı heç kəs dinini qoruya bilməyəcək".
Mən dedim:
“Elə bir nişan varmı ki, qəlbim ümid və inamla dolsun?”
Bu vaxt uşaq fəsahətli ərəb dilində buyurdu:
“Mən yer üzündə Allahın xəlifəsi və Onun düş-mənlərindən intiqam alan şəxsəm. Ey Əhməd ibn İshaq, aşkar surətdə həqiqəti müşahidə edəndən sonra daha nişan axtarmaq fikrində olma!”
Əhməd deyir:
“Həddən artıq xoşhal vəziyyətdə, İmam Həsən Əsgərinin (ə) evindən bayıra çıxdım. Səhəri gün yenə o həzrətin hüzuruna yetişib, dedim:
–Mənə etdiyin mərhəmətə görə təşəkkür edirəm. Həzrət Mehdini (əc.) Xızır və Zülqərneynlə müqayisə etməkdə məqsədiniz nə idi?
–Bu müqayisə ömrün uzunluğuna görə idi.
–Məgər o həzrətin qeybəçəkilmə müddəti çoxmu davam edəcək?
–Bəli, and olsun Allaha, onun qeyb müddəti o qədər uzun çəkəcək ki, ona əqidəsi olanların çoxu öz əqidə-sindən dönəcək. Allahın, bizim vilayətimizçün əhd−peyman aldığı, imanı qəlbində sabit etdiyi və özü-nəməxsus ruhla kömək etdiyi şəxslərdən başqa heç bir şəxs bu imtahandan yaxşı çıxmayacaq. Ey Əhməd ibn İshaq! Bu, Allahın işlərindən biri və onun sirlərindəndir. Dediyim sözləri eşit və gizli saxla. Qiyamət günündə uca məqamlarda yer tutmaq üçün şükür edənlərdən ol".
Dostları ilə paylaş: |