Mehriban və bağIŞlayan allahin adi iLƏ



Yüklə 1,04 Mb.
səhifə13/51
tarix10.01.2022
ölçüsü1,04 Mb.
#107773
1   ...   9   10   11   12   13   14   15   16   ...   51

2. ”Ona itaət edin və..".


Cə`fər ibn Məhəmməd ibn Malik Əhli-beyt tərəfdar-larının bir qrupundan belə rəvayət edir: “Qırx nəfərlə birlikdə İmam Həsən Əsgərinin (ə) hüzurunda idik. Os-man ibn Səid Əmri ayağa qalxıb dedi:

–Ey Allah Rəsulunun övladı! Agah olduğunuz bir mövzu barəsində sizə sual vermək istəyirəm.

İmam Həsən Əsgəri (ə) buyurdu:

“Ey Osman! Əyləş".

Bu vaxt İmam narahat halda ayağa qalxıb otaqdan çıxarkən, əyləşənlərə buyurdu:

“Heç kəs bayıra çıxmasın".

Bir neçə saatdan sonra İmam (ə) səsləndi:

“Ey Osman ibn Səid!”

Osman İmam Həsənin (ə) qarşısında dayandı. Bu vaxt İmam (ə) hüzurundakı şəxslərə buyurdu:

“Sizin buraya nə üçün gəldiyinizi xəbər verim?”

Onlar:

–Bəli, ey Allah Rəsulunun övladı!-deyə cavab verdilər.



İmam Həsən Əsgəri (ə) buyurdu:

“Siz məndən sonrakı höccət barəsində soruşmaq üçün gəlmişsiniz".

Hüzurundakı şəxslər:

–Bəli, həmin sualın cavabı üçün gəlmişik-dedilər.

Birdən İmamın hüzurundakı şəxslər həzrətin kənarında çöhrəsi ay parasına bənzər və İmam Həsən Əsgəriyə (ə) çox oxşayan bir uşaq gördülər. İmam Həsən (ə) həmin uşağa işarə edərək, hüzurundakı şəxslərə buyurdu:

“Bu, sizin məndən sonrakı imamınız və mənim xəli-fəmdir. Ona itaət edin və məndən sonra dininizdə bir-birinizdən uzaq düşməyin. Belə etməsəniz, həlak olar-sınız. Bilin və agah olun ki, siz bundan sonra Allahın müəyyən etdiyi vaxtacan bu uşağı görməyəcəksiniz. Öz işlərinizdə Osman ibn Səidə müraciət edin, onun dediyi sözləri yerinə yetirin və onun sözlərinə qulaq asın. Çünki o, sizin imamınızın canişinidir və hamının rəhbərliyi onun əlində olacaqdır".



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin