“Məgər Mehdini görmədin?”
Zirzəmini yerin altında yay fəslinin şiddətli bürkü-sündən qorunmaq üçün hazırlayırlar. İraqın qışlaq mən-təqələrinin əksəriyyətinin evlərinin istər qədimdə, istərsə də indi, yay fəslində istifadə etmək üçün zirzəmisi olur. Samirra (Samirə-red.) şəhərində, İmam Həsən Əsgərinin (ə) evinin də zirzəmisi var idi. İmam Hadi (ə) və İmam Həsən Əsgəri (ə) bir müddət bu zirzəmidə yaşamışlar. Buna görə də bu zirzəmi o böyük şəxsiyyətlərin orada yaşamasına görə həddən artıq bərəkətli olmuşdur.
Mö`təzid Abbasinin xilafət dövrü idi. Xilafətin mərkəzi Bağdad şəhəri idi. O, həzrət Mehdini (əc.) ələ keçirmək üçün Samirra şəhərinə bir dəstə göndərdi. Gön-dərilənlərdən Rəşiq adlı biri belə deyir:
“Mö`təzidin göndərdiyi qoşun Samirra şəhərinə daxil olan kimi, Mehdinin (əc.) olduğu evin zirzəmisinə tərəf hücuma keçdi. Zirzəminin qapısı arxasında, içəridə Mehdinin (əc.) Qur`an tilavətinin səsi ucalırdı. Qoşun, İmam bayıra çıxmasın deyə, zirzəminin qapısı arxasında bir yerə toplaşdı. Qoşun başçısı dəstənin önündə daya-nıb, döyüşçülərin oraya daxil olmasını gözləyirdi.
Birdən həzrət Mehdi (əc.) zirzəminin qapısına tərəf uzanan yol ilə gəlib keçdi və qeyb oldu.
Bu vaxt qoşun rəhbəri döyüşçülərə xitabən dedi:
–Zirzəmiyə daxil olub, Mehdini ələ keçirin!
Əsgərlər:
–Məgər Mehdini görmədin?-deyə təəccüblə soruşdular.
–Yox, mən görmədim, bəs siz gördünüzsə, niyə onu tutmadınız?
–Biz güman etdik ki, sən özün onu görürdün, sənin göstərişin olmadığı üçün biz ona dəymədik.
Beləliklə, həzrət Mehdi (əc.) e`cazkar qüvvə ilə Mö`təzidin qaniçən qoşununun şərindən xilas oldu.
Bu mübarək zirzəmi o dövrdən indiyədək İmam Hadi (ə) və İmam Həsən Əsgərinin (ə) mübarək məqbərəsinin kənarında qalmaqdadır. Əhli-beyt tərəfdarları bu zirzə-miyə ehtiram edir və üç imam bir müddət bu zirzəmidə yaşadığı üçün buranı mübarək bir məkan bilirlər. Çünki bu zirzəmi, Allahın oranı ehtirama layiq bildiyi bir evdir.
Şiəlik nöqteyi-nəzərincə zirzəmi barədə deyilənlər bunlar idi. Lakin təəssüflər olsun ki, bə`zi insafsızlar tamamilə təbii olan bu məsələyə istehzayla yanaşır və Əhli-beyt yolunun davamçılarına həzrət Mehdinin (əc.) zirzəmidə qeyb olması, yaxud orada məskunlaşması, onların həmin zirzəminin kənarında oturub o həzrətin zirzəmidən bayıra çıxmasının intizarında olmaları e`ti-qadını nisbət verirlər. Onlar bununla mö`minlərin əqidə-lərini məsxərəyə qoyurlar. Halbuki, mə`sum rəhbərlərin yolunu tutanlar heç vaxt belə bir e`tiqada inam bəs-ləmirlər. Onlar o zirzəmiyə yalnız üç mə`sum imamın orada məskunlaşmasına görə ehtiram edirlər. Allah, yolunu azmışları hidayət etsin!
Dostları ilə paylaş: |