“Əgər bu ev sizindirsə..".
İmam Həsən Əsgərinin (ə) şəhadətindən sonra Mö`tə-mid Abbasinin Sima adlı zalım əlaltılarından biri, o həzrətin evinin axtarışı sərəncamını aldı. Qeys oğlu Əli belə deyir:
“İraq döyüşçülərindən biri mənə dedi: “Mən İmam Həsən Əsgərinin (ə) qapısını sındırıb, evə daxil olanda Simanı görürdüm. Elə həmin vaxt evdən əlində səbət tutmuş bir şəxs bayıra çıxdı. O, Simanın qarşısında duraraq, ona dedi:
“Mənim evimdə nə edirsən?”
Sima dili dolaşa-dolaşa dedi:
“Cə`fər Kəzzab sizin atanızın vəfat etməsini və onun övladı olmamasını söyləyir. Əgər bu ev sizindirsə, mən qayıdım".
Sima həzrət Mehdinin (əc.) heybəti qarşısında vahi-mələnmiş halda evdən uzaqlaşdı.
Əli Qeys oğlu deyir: “Yaxınlaşıb, evin xidmətçilərinin birindən soruşdum:
–Əlində səbət olan bu uşaq kim idi?
–Onun haqqında sizə kim mə`lumat vermişdir?
–Mənə İraq döyüşçülərindən biri deyib.
–Doğrudan da, xalqdan bir şey gizlətmək olmur".
Dostları ilə paylaş: |