Mehriban və bağIŞlayan allahin adi iLƏ


“Biz səni atanın yerinə tə`yin etdik...!”



Yüklə 1,04 Mb.
səhifə21/51
tarix10.01.2022
ölçüsü1,04 Mb.
#107773
1   ...   17   18   19   20   21   22   23   24   ...   51

“Biz səni atanın yerinə tə`yin etdik...!”


Məhəmməd ibn Məhziyar deyir:

“İmam Həsən Əsgərinin (ə) vəfatından sonra o həzrətin canişini barədə şəkk-şübhəyə düşdüm. Atamın yanında çoxlu “imam malı” var idi. O, malları götürüb, Samirra şəhərində İmama çatdırmaq üçün limana yola düşdü. Mən də atamı yola salmaq üçün onunla gedirdim. Gəmidə onu qızdırma tutdu və buna görə mənə dedi:

–Oğul, məni geri qaytar, bu xəstəlik ölüm əlamətidir. Bu mallara görə Allahdan qorx, onu vərəsə və başqalarının qarətindən qoru. Onları mütləq sahibinə çatdır.

O, mənə vəsiyyət edəndən üç gün sonra vəfat etdi. Mən öz-özümə dedim ki, atam yersiz vəsiyyət etməz. Bu malları Bağdada aparacaq, orada bir ev icarə edərək haqq imam mənə sabitələşənədək malları qoruyacaq və sahibinə çatdıracağam.

Mən Bağdada gedib malları icarə etdiyim evin həyə-tindəki çayın sahilindən bir az kənarda yerləşdirdim. Bir neçə gündən sonra İmam Zamanın (əc.) tərəfindən mənə bir məktub gəldi. Məktubda malların bütün əlamətləri, hətta mənə mə`lum olmayan bir qismi də qeyd olun-muşdu. Mən əmin olub, malların hamısını məktubu gətirən şəxsə təhvil verdim. Bir neçə gündən sonra yenə də bir məktub gəldi. Məktubda yazılmışdı:

“Biz səni öz atanın yerinə tə`yin etdik, buna görə Allaha şükür et".



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin