3. Beş yaşlı uşaq necə imam ola bilər?
Sual: Atası İmam Həsən Əsgəri (ə) vəfat edən zaman həzrət Mehdinin (əc.) beş yaşı var idi. Necə ola bilər ki, beş yaşlı uşaq imam olsun?
Cavab: Biz bu sualın cavabını izahlı şəkildə azyaşlı imam ünvanında “İmam Cavadın (ə) həyatına baxış” kitabında vermişik. Sözün qısası budur ki, sonsuz qüdrət və hikmət sahibi olan Allah, imamət ləyaqətini azyaşlı bir uşağın vücudunda da yerləşdirə bilər.
Bə`zən dünyada, adi xalq arasında İbn Sina və Tomas Yonq kimi qeyri-adi fitri iste`dada malik olan azyaşlı uşaqlar da vardır ki, onların bir aydakı fikri inkişafı, başqalarının on ildəki fikri inkişafına bərabərdir. Buna görə də, bu iş qeyri-mümkün işlərdən sayılmır.
Həzrət Mehdidən (əc.) də əvvəl İmam Cavad (ə) və İmam Hadi (ə) də uşaq yaşlarında imamət məqamına yetişmişdilər. Peyğəmbərlər arasında isə, həzrət İsa (ə) və Yəhya (ə) uşaq yaşlarında peyğəmbərlik məqamını əldə etmişdilər. Məryəm surəsinin 12-ci və 30-cu ayələrində bu mətləbə işarə olunmuşdur.
Dostları ilə paylaş: |