Mehriban və bağIŞlayan allahin adi iLƏ


Həzrət Mehdinin (əc.) mübarək adını çəkmək olarmı?



Yüklə 1,04 Mb.
səhifə38/51
tarix10.01.2022
ölçüsü1,04 Mb.
#107773
1   ...   34   35   36   37   38   39   40   41   ...   51

4. Həzrət Mehdinin (əc.) mübarək adını çəkmək olarmı?


Bir çox rəvayətlərə görə, həzrət Mehdinin (əc.) müba-rək adını İslam peyğəmbərinin adı olan “Məhəmməd” adı ilə tələffüz etmək qadağan olunmuşdur. Buna görə də, onun adını bu qaydada (M-H-M-D) yazırlar. Onun adını çəkmək haramdırmı? Haramdırsa, səbəbi nədir?

Cavab: Bu, fiqhi bir məsələdir. Alim və fəqihlərin bə`ziləri rəvayətləri araşdırarkən belə nəticəyə gəlmişlər ki, imamlar o həzrətin adını çəkməyi yalnız çox sıxıntılı və xətərli dövrdə, onun düşmənlərdən qorunması üçün qadağan etmişlər. Lakin indiki dövrdə buna ehtiyac yox-dur.

Buna əsasən, naiblərdən biri həmin sualı müqəddəs nahiyədən soruşarkən, həzrət Mehdi (əc.) tərəfindən belə cavab gəldi:

“Əgər onlara adı söyləsəniz, onu yayar, yerini biləndən sonra (qətlə yetirmək üçün-red.) onun əleyhinə qalxarlar".

Buna görə də, hətta İmam Həsən Əsgəri (ə) özü də, təqiyyəyə (ehtiyata) ehtiyac olmadığı zaman həzrətin mübarək adını dilə gətirərdi. O cümlədən, rəvayətlərdə qeyd olunduğu kimi, İmam Həsən Əsgəri (ə) səhabə-lərindən bə`ziləri üçün qurbanlıq bir qoyun göndərərkən buyurardı:

“Bu, oğlum Məhəmmədin qurbanlığıdır".

Böyük alimlərdən Şeyx Müfid, Əllamə Hilli, Fazil Miq-dad, Seyyid Mürtəza və Mühəqqiq kimi şəxslər öz kitab-larında həzrətin (əc.) mübarək adının çəkilməsinin haram olmaması barəsində geniş bəhs etmişlər. Şeyx Hürr Ami-linin də görüşü buna müvafiqdir. Əllamə İrbili də təqiy-yəyə ehtiyac olmadığı zaman həzrət Mehdinin (əc.) mübarək adınının tələffüz olunmasına icazə vermişdir.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin