Mehriban və bağIŞlayan allahin adi iLƏ


Bir insan min ildən artıq yaşaya bilərmi?



Yüklə 1,04 Mb.
səhifə39/51
tarix10.01.2022
ölçüsü1,04 Mb.
#107773
1   ...   35   36   37   38   39   40   41   42   ...   51

5. Bir insan min ildən artıq yaşaya bilərmi?


İnsan ömrünün son həddi demək olar ki, təqribən yüz iyirmi ildir. Bəs o həzrət indiyədək necə sağ qala bil-mişdir?

Cavab: Elm və din nəzərindən uzun ömür sürməyin qeyri-mümkün olmaması sabitləşmişdir. Bundan əlavə, əgər Allah iradə edərsə, insan hətta qiyamətəcən sağ qala bilər.

Təbiətşünasların nəzərincə, qocalığın və ölümün əsas səbəbi insanın düçar olduğu cismi xəstəliklərdir. Bə`zi təbiətşünaslar belə deyirlər: “İnsan üç yüz il yaşamalıdır, lakin onun bədən üzvlərinin zəifləməsi və bunun başqa üzvlərə sirayət etməsi nəticəsində yetmiş, yaxud səksən il ömür sürür".

Alimlər bitki və həşəratlar üzərində apardıqları təc-rübələr nəticəsində, bə`zən onların ömrünü yüzillik ömür səviyyəsinə çatdırmışlar. Buna görə də, elm baxımından müstəsna insanların uzun ömür sürməsinin inkarına bir dəlil yoxdur. Dini baxımdan da, bu məsələnin sübutu çox aydındır. Necə ki, məzhəbi tarixlər və dinlər İlyas (ə), Xızır (ə) və İsa (ə) kimi şəxslərin indiyə qədər yaşa-masını, Loğman və Nuh kimi şəxslərin uzun ömür sürdüyünü bizə göstərir. Qur`anın aşkar bəyanına uyğun olaraq, həzrət Nuh (ə) təkcə 950 il peyğəmbərlik etmişdir. Rəvayətlərə görə, Süleyman (ə) 712 il, Loğman (ə) 4 min, yaxud 400 il, Ad (ə) 3500 il, Adəm (ə) 930 il və Nuh (ə) isə 2500 il yaşamışlar.



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin