Həzrət Mehdinin (əc.) ömrünün sona çatması haqqında rəvayətlərdən nəticə əldə edərək belə cavab verə bilərik ki, imamların hamısı şəhid olaraq dünyadan getdiyi kimi o həzrət də şəhid olaraq dünyadan gedəcəkdir. Tarixə nəzər salsaq görərik ki, İmam Mehdiyə (ə) qədər olan bütün imamlar qılınc, yaxud zəhərlə şəhadətə yetişmişlər. Həzrət Mehdi (əc.) də şəhid olaraq dünyadan gedəcəkdir.
İmam Mehdi (əc.) zühur etdikdən sonra onun apardığı mübarizələri bəyan edən bir çox rəvayətlərdən bəlli olur ki, o həzrət zühur etdikdən sonra ilk mərhələdə İslam Peyğəmbəri (s) kimi, xalqı İslama və özünə bey`ətə də`vət edəcək. Bu də`vətin müqabilində bir qrup onun əleyhinə qalxan zaman, həzrət onlarla silahlı mübarizə aparacaq və yer üzünü onların xəbis vücudundan təmizləyəcək.