2.3. Sertifikatlaşdırma üzrə səlahiyyət verilmiş orqanlar
2.3.1. Sertifikatlaşdırma sistemlərinə rəhbərliyi həyata keçirən dövlət idarəetmə orqanları sertifikatlaşdırma üzrə səlahiyyət verilmiş orqan hesab edilir və özünün səlahiyyətləri daxilində:
təhkim olunmuş məhsul (proseslər, xidmətlər) növləri üzrə Azərbaycan Respublikası ərazisində sertifikatlaşdırmanın ümumi prinsiplərini müəyyənləşdirir;
beynəlxalq və regional sertifikatlaşdırma sistemlərinə qoşulma haqqında qərarlar qəbul edir, həmçinin sertifikatlaşdırmanın nəticələrinin qarşılıqlı tanınması haqqında sazişlər bağlayır;
xarici orqanlarla qarşılıqlı əlaqələrdə və beynəlxalq təşkilatlarda sertifikatlaşdırma məsələləri üzrə Azərbaycan Respublikasını təmsil edir.
Dostları ilə paylaş: |