akkreditasiya olunmuş laboratoriyalar — konkret məhsul növlərinin (proseslərin, xidmətlərin) sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə tanınmış sınaq laboratoriyaları;
xüsusi səlahiyyət verilmiş orqan — konkret bir obyektin sertifikatlaşdırma sisteminə rəhbərlik edən və akkreditasiya nəticəsində konkret obyektin sertifikatlaşdırılmasının aparılmasına və sınaq laboratoriyalarının akkreditasiyasının keçirilməsinə dair səlahiyyətlər almış sertifikatlaşdırma üzrə orqan, akkreditasiya edilmiş sınaq laboratoriyaları və digər müəssisə, təşkilat və idarələr (onların struktur bölmələri və birlikləri), eləcə də dövlət idarəetmə orqanları;
təhlükəsizlik — ziyan vura biləcək yolverilməz risqin olmaması;