Məktəb coğrafiya atlaslarının proyeksiyaları



Yüklə 61,94 Kb.
səhifə2/11
tarix14.02.2023
ölçüsü61,94 Kb.
#123371
1   2   3   4   5   6   7   8   9   10   11
Məktəb coğrafiya atlaslarının proyeksiyaları Z

İnformasiya- çoxkomponentli anlayışdır.

İnformasıyanın mənaları

Dialektik materializmə əsasən informasiya anlayışı işarə anlayışından ayrılmazdır. Çünki işarə informasiya daşıyıcısıdır. Təbii ki informasiya anlayışı işarə anlayışından daha geniş anlayışdır. Informasiyanın kartoqrafik formasının daşıyıcısı kartoqrafik işarələr və kartoqrafik təsvir vasitələridir. İnformasiyanı verbal işarələrin dilindən kartoqrafik işarələrin dilinə tərcümə etdikdə bəzən informasiya artır.
.
.


  • Model – idrak obtektini əvəz edən onun haqqında yreni məlumat verən maddi və ya ideal sistemdir.

Modellər iki yerə bölünür:



  1. Maddi

  2. İdeal

Xəritə həm maddi həm ideal modelləri özündə birləşdirir. Bu səbəbdən xəritə maddi-ideal modellərə nümunədir.




Xəritənin əsas xassəsi əyanilikdir. Xəritə işarəli-obrazlı modellərdən biridir.
Model obyektin kiçildilmiş ümumiləşdirilmiş və sadələşdirilmiş şəkildə strukturunu və onun elementləri arasında olan əlaqəni analogiya əsasında əks etdirən sxem və ya çertyojdur.


  • Mətn- semiotik baxımdan işarələrin düzülməsindən əmələ gələn məlumat xarakterli cərgədir. Linqvistik nöqteyi-nəzərdən isə mətn nitqin məhsulu olan yazılı nitq parçasıdır. Mətni təşkil edən işarələr arasındakı əlaqələr (qrammatik riyazi kartoqrafik və s) həmin işarələrin işarələdiyi real gerçəkliyin obyekt hadisə və prosesləri arasında olan əlaqələrə nisbətən daha yoxsuldur. Buna görə mətn də model kimi ümumuləşdirilmiş sadələşdirilmiş inikasdır.

Müxtəlif nöqteyi-nəzərlərdən yanaşma mətni abstrakt sxem mürəkkəb bitmiş tamın modeli və bu modelin kankret realizasiyası kimi nəzərdən keçirməyə imkan verir. Bu mənada yazılı nitq parçasından ibarət olan bütün kitablar dərsliklər tədris atlasları və xəritələri dərs vəsaiti kimi tədris modelləri hesab olunur. Beləliklə xəritənin mətnli konsepsiyası onun modelli təbiətini inkar etmir sadəcə olaraq onu linqvistik nöqteyi nəzərdən təhlil etməyə imkan verir. Mətn linqvistik xəritə isə coğrafi tədqiqatın alfa ve omeqasıdır.
Xəritə işarələr sistemidir- və ancaq mətnlər işarələr sisteminə çevrilməyə malikdir. Xəritə və mətn ümumiləşdirilmiş inikasdır. Dil nitqdən o cümlədən yazılı nitqdən-mətndən, kartoqrafik işarə isə xəritədən kənarda mövcud deyildir. Digər tərəfdən isə xəritə və verbal mətn yazının xüsusi formalarıdır, mətn yazılı nitq parçasıdır nitq fəaliyyətdə olan dildir.Dil və xəritə işarələr sistemidir. Yazısız xəritə lal xəritədir. Mətn xəritəsi verbal mətnin tərkib hissəsidir. Dil və xəritə bəzi ümumi funksiyalara (işarələmək maddiləşdirmək və kommunikativ idraki və s) malikdir. Dil ümumiyyətlə biliyin və təfəkkürün xəritə isə coğrafi biliyin və coğrafi təfəkkürün mövcudluğudur. Bütün bunlar göstərir ki xəritə mətnin və dilin xüsusi coğrafi-kartoqrafik formasıdır. Eləcə də model və mətn eyni fiziki mənaya malikdir.İşarə model və mətnin əsas elementi informasiyanın daşıyıcısı və invariantıdır. Xəritə və dil işarələr sistemidir. Deməli model mətn işarə informasiya və xəritə anlayışları arasında çox böyük oxşarlıq və əlaqə var.
Model və obraz arasındakı əlaqədən bəhs edən alimlərin fikrincə obraz fəaliyyət prosesinin nəticəsidir. Bu prosesin gedişində orijinalla onun obrazı arasında müəyyəmn uyğunluq yaranır. Model isə qavrayış prosesinə kənardan qoşulur və obyektlə səbəb əlaqəsində olur.


  • Obraz – qnoseoloji kateqoriyadır. Obyekt və subyekt fəaliyyətin qütbləri obraz isə fəaliyyət prosesində obyektin subyektdə təzahürüdür.İdeal obyektlərin də obrazı ola bilər. Lakin son nəticədə obrazın obyektiv mənbəyi maddi aləmin obyektləridir. İdrak prosesində duyğular qavrayışlar təsəvvürlər anlayışlar fərziyyələr əqli nəticələr obraz kimi çıxış edir. Obraz ideal varlıqdır. Praktik hərəkətlər dil müxtəlif işarələr işarə modelləri mətnlər və s. isə obrazın maddi təcəssüm formalarıdır. Elmi ədəbiyyatda bədii obraz riyazi obraz kibernetik obraz obrazların tanınma sistemi əyani obrazlı təfəkkür kartoqrafik obraz kimi anlayışlara tez-tez təsadüf olunur

.
.
.
.

Yüklə 61,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin