Məktəb müəllimləri və şagirdləri biznes etikasının mahiyyətini öyrənirlər



Yüklə 9,79 Kb.
tarix30.10.2017
ölçüsü9,79 Kb.
#22190




Məktəb müəllimləri və şagirdləri biznes etikasının mahiyyətini öyrənirlər

Mart ayının 7-də Bakının 20 saylı məktəbində AGN heyəti “Məktəblərdə İqtisadiyyatın Tədrisi” proqramının müəllimlərinə Qlobal Biznes Etikası üzrə treninq keçirdi. Bu proqram vasitəsilə dünya üzrə məktəblilər on iki həftəlik tədris kursuna cəlb olunaraq şəxsi dəyərləri öyrənir, xasiyyəti inkişaf etdirir və biznes etikanı tədqiq edirlər. Qlobal Biznes Etikası (QBE) proqramı mentorların köməyilə məktəblilərə etik dilemmaları müzakirə etməyə imkan verir.

Bakının İntellekt Liseyi, Elitar Gimnaziya, 147, 200, 164 saylı, Sumqayıtın 14, 27 saylı və Lənkəranın 4 saylı məktəblərinin müəllimləri 240 şagirdin iştirakı ilə 2006-cı ilin mart-iyun ayları ərzində QBE proqramının dördüncü sessiyasını həyata keçirəcəklər. Müəllimləri bu sahədə təlimatlandırmaq üçün AGN proqram mentorları bir günlük treninq keçirərək onlara QBE proqramının əsas hissələri barədə məlumat verdilər. AGN heyəti müəllimlərə biznes etikasının əsasları, qrup işinin inkişafı, həmçinin, AGN-ın orta məktəblərdə etikanın tədrisi üçün istifadə etdiyi üsul və metodologiya üzrə təlim keçdi. Treninq zamanı müəllimlər şagirdlər tərəfindən dəfələrlə müzakirə edilən kurs mövzularını nəzərdən keçirirdilər. “Bu proqram şagirdlərə daha da dərindən düşünməyi və işgüzar münasibətləri müzakirə etməyi göstərən çox mühüm bir vasitədir. QBE dərsləri zamanı şagirdlər mədəni məsələlərə toxunan mürəkkəb etik dilemmaları biznesdə tətbiq edirlər. Onlar öz şəxsi qərarlarını verməkdən zövq alırlar”, - QBE proqramında 2004-cü ildən iştirak edən İntellekt Liseyinin müəllimi Zarema Almazova deyir.

Azərbaycan Gənclərinin Nailiyyəti proqramın həyata keçirilmə prosesini müəllim və şagirdlərə mütəmadi məsləhətləri verməklə və proqramın veb saytının işinə kömək etməklə davam etdirəcək. Onlayn hissədən sonra şagirdlər inşa müsabiqəsində yarışacaqlar və qaliblər 2006-cı ilin yay aylarında keçiriləcək beynəlxalq QBE konfransında iştirak edəcəklər.

Azərbaycan Gənclərinin Nailiyyəti təşkilatı Beynəlxalq Gənclərin Nailiyyəti təşkilatının yerli təmsilçisidir. Beynəlxalq Gənclərin Nailiyyəti təşkilatı gənclərə azad sahibkarlıq, biznes və iqtisadiyyat kimi sahələri tədris edən, mənfəət güdməyən bir təşkilatdır. 1919-cu ildə yarandığı tarixdən bu günə kimi GN dünyada gənclərin iqtisadi və biznes tədrisinə öz töhfəsini verir. Hazırda GN yerli təmsilçilər vasitəsilə dünyanın 100 ölkəsi ilə əməkdaşlıq edir. Azərbaycanda 2000-ci ildən fəaliyyətə başlayan Azərbaycan Gənclərinin Nailiyyəti təşkilatı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və fərdi donorların dəstəyilə ötən illər ərzində ölkənin 14 bölgəsində 130 məktəbi təmsil edən 22000 şagirdə və 200-dən artıq müəllimə təlim keçmişdir. 2008-ci ildə AGN məktəblərinin sayı 230-a çatacaq.

AGN təşkilatının həyata keçirdiyi proqramlarını aşağıdakı beynəlxalq təşkilatlar dəstəkləyir: Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi, Exxon Mobil, Statoil Azerbaijan, Phoenix Caspian Ltd., Chevron Azerbaijan, PricewaterhouseCoopers, Baker&McKenzie, Project Harmony, KCA Deutag, Bank Nikoil, ZQAN Holding və Itochu.


Əlavə məlumat üçün:

Vüsal Xanlarov

İcraçı Direktor

Azərbaycan Gənclərinin Nailiyyəti

Tel: (99450) 355 4664 / (99412) 432 4606

El. poçtu: jaa@jaazerbaijan.org

Veb sayt: www.jaazerbaijan.org
Yüklə 9,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin