Məktəbəqədər yaşlı uşaqların əmək təlimi və tərbiyəsinin mahiyyəti, məqsədi və vəzifələri Plan



Yüklə 0,68 Mb.
səhifə5/33
tarix01.01.2022
ölçüsü0,68 Mb.
#104220
1   2   3   4   5   6   7   8   9   ...   33
3. Təlim məşğələlərində inteqrasiya. Kurikulumda inteqrasiya məktəbəqədər yaşlı uşaqların təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişafa və özünüinkişafa istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmaq və onları sistemləşdirməkdir. "Məktəbəqədər təhsil proqramı (kurikulumu)" hazırlanarkən inteqrativlik əsas prinsip kimi götürülmüşdür. Sənəddə məktəbəqədər inkişaf sahələri arasında əlaqə və ardıcıllığın gözlənilməsi, bilik, bacarıq və vərdişlərin yaş qrupuna uyğun inkişaf etdirilməsi mühüm pedaqoji tələb kimi qoyulmuş və inteqrasiya yaş pillələri, inkişaf sahələri arasında qarşılıqlı əlaqə və asılılığın əsasına gətirilmişdir. Nəzərə alınmışdır ki, uşaqlar inteqrativ bacarıqlara yiyələnməklə öyrəndikləri arasında qarşılıqlı əlaqəni başa düşəcək, onlardan şəxsi və ictimai problemlərin həllində istifadə edəcəklər. İnteqrasiya nəticəsində təlim materiallarının konkretliyi təmin edilir və təkrarçılıq olmur. Eyni zamanda uşaqlar artıq yüklənmir və tədris vaxtına qənaət edilir. Bunun təmin edilməsi üçün tərbiyəçi uşaqların inkişaf sahələri üzrə təhsil proqramına (kurikuluma) yaxşı bələd olmalıdır. Beləliklə, deyə bilərik ki, məktəbəqədər təhsil pilləsində uşaqların təhsil alması, təlim-tərbiyə işinin daha səmərəli təşkilini tələb edir və bu zaman psixologiya, pedaqogika, sosiologiya və digər elmlərin nailiyyətlərinə, milli mədəniyyətə, adət-ənənələrə, eləcə də dünya təcrübəsinə istinad olunması zəruri hesab edilir.
Ədəbiyyat

1. Azərbaycan Respublikasının ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu) Kurikulum, 2008, № 3.

2. A.Əhmədov, Ə.Abbasov Məktəbəqədər təhsilin konseptual problemləri. Kurikulum, 2011, № 2

3. Ş.O.Ağayev S.S.Rzayeva Məktəbəqədər kurikulum: nəzəriyyə və təcrübə. Bakı 2017, 304 səh.

4. Kurikulum islahatı: tədqiqatlar, nəticələr. Bakı, TPİ, 2011.

5. Y.Ş.Kərimov Təlim metodları. Bakı 2009

6. “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı”. 16 iyul 2010-cu il. http://www.edu.gov.az/

7. Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş) Bakı - 2015





Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin