Məktəbəqədər yaşlı uşaqların əmək təlimi və tərbiyəsinin mahiyyəti, məqsədi və vəzifələri Plan


Texnologiya üzrə məşğələlərdə uşaqların yaradıcı fəaliyyətinin



Yüklə 0,68 Mb.
səhifə19/33
tarix01.01.2022
ölçüsü0,68 Mb.
#104220
1   ...   15   16   17   18   19   20   21   22   ...   33
Texnologiya üzrə məşğələlərdə uşaqların yaradıcı fəaliyyətinin

formalaşdırılması

Plan

1. Uşaqların yaradıcı fəaliyyətinin inkişaf etdirilməsi imkanları.

2. Texnologiya məşğələləri prosesində yaradıcı fəaliyyətin inkişaf etdirilməsi.

3. Uşaqlarda texniki-konstruktorluq fəaliyyətinin formalaşdırılması.

N ə t i c ə

Ədəbiyyat


1. Uşaqların yaradıcı fəaliyyətinin inkişaf etdirilməsi imkanları. Tarix boyu insan fəaliyyətinin inkişafı ictimai xarakter daşıyan orjinal məmulatlar hazırlamaqdan ibarət olmuşdur. Bu baxımdan yeni məmulatlar yaradılmış və yaxud köhnələr əsaslı surətdə dəyişdirilmişdir. Tarixin müəyyən bir dövrünü özündən əvvəlki dövrlə müqayisə etdikdə, görürük ki, texnika, kənd təsərrüfatı, sənaye, ədəbiyyat və incəsənət sahələrində böyük nailiyyətlər geniş xalq kütlələrinin iştirakı ilə yaranmışdır. Bütün bu nailiyyətlər isə insanın yaradıcılığa meylindən və bu sahədə apardığı fəaliyyətdən irəli gəlir.

İnsanların yaradıcı fəaliyyətinin təməli ilk növbədə ailədə və məktəbəqədər tərbiyə müəssisəsində qoyulur. Kiçik yaşlı uşaqların yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi üçün texnologiya məşğələləri qüdrətli vasitələrdən biridir. Məktəbəqədər təlim sistemində texnologiya üzrə məşğələ qarşısında duran məqsədlərdən biri də məhz bu məsələnin həllinə yönəldilməlidir.

Bu baxımdan uşaqların yaradıcılıq qabiliyyətlərini aşkara çıxaran, sonra fəaliyyətlərinin inkişafma təkan verən və sürətləndirən aşağıdakı amillərdən istifadə olunması məqsədəuyğun olar; fəaliyyətin məqsədinin dərk edilməsi, fəaliyyətin düzgün planlaşdırılması, fəaliyyət üçün müvaflq şəraitin yaradılması, məşq yolu ilə fəaliyyət hərəkətlərinin formalaşdırılması, fəaliyyətdə təkidlilik göstərilməsi və s.

Aparılan müşahidələr və təcrübələr göstərir ki, uşaqların istedadının və qabiliyyətinin inkişafına erkən başlamaq daha effektli olur. Məlumdur ki, çox yüksək istedadlı dahi adamlar öz qabiliyyətlərini uşaq vaxtı biruzə vemişlər. İstedad və qabiliyyətin rüşeymlərinin təzahür etməsi bir çox hallarda bağça və kiçik məktəb yaşından başlayır. Məhz beynin yetkinləşməsi bu dövrdə baş verir. Zehni işə və fəaliyyətə can atmaq, ondan zövq almaq, yorulmaq bilmədən işləməyə meyl məktəbəqədər yaş dövründən əmələ gəlir. Daha qabiliyyətli uşaqlar müstəqilliyə can atır, müəyyən nəticəyə gəlmək üçün xüsusi təkidlilik göstərirlər. Məktəbəqədər müəssisələrdə uşaqların ilkin yaradıcılıq qabiliyyətinin inkişafının düşünülmüş sistemli mərhələləri aşağıdakılardan ibarət ola bilər:



a. Yaradıcılıq qabiliyyətinin aşkara çıxarılması üçün müvafıq şəraitin yaradılması.

b. Yaradıcı qabiliyyətin mahiyyətinin müəyyənləşdirilməsi - zehni və fıziki, praktik-əmək, hansı fəaliyyət sahəsində olması istiqamətlərinin müəyyən edilməsi.

c. Yaradıcı fəaliyyətin inkişafının təmin edilməsi.

Hər üç mərhələ həm məşğələ prosesində, həm də məşğələdən kənar işlər zamanı yerinə yetirilə bilər.

Sonuncu mərhələ aşağıdakı xüsusiyyətlər üzrə həyata keçirilir: məntiqi çalışmalar, müstəqil işlər, tədqiqatçılıq, yaradıcı fəaliyyət və s. Burada mühüm bir cəhət ondan ibarətdir ki, tərbiyəçi uşaqların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsində yalnız fəal olan uşaqları deyil, eyni zamanda qismən zəif uşaqlarda da yaradıcılıq qabiliyyətinin yaradılması və inkişaf etdirilməsinə pedaqoji ustalıqla yanaşmalıdır. Uşaqların məşğələ prosesində fəallaşması üçün hər bir uşağa fərdi yanaşılmalı, onların gücünə müvaflq sual və tapşırıqlar verilməlidir. Tərbiyəçi belə uşaqlarla işdə pedaqoji-psixoloji taktlar seçməyə çalışmaqla onlarla daha nəvazişlə, mehribanlıqla, qayğikeşliklə rəftar etməli, onlarda özünə inam yaratmalıdır.

Aparılan əməli işlərin ümumi məzmununu nəzərdən keçirdikdə məlum olur ki, müxtəlif materiallarla görülən işlər yaradıcı fəaliyyətin inkişaf etdirilməsinə geniş imkanlar yaradır. Bu baxımdan yaradıcılıq fəaliyyətinin inkişafı üçün lazım olan bir sıra ilkin şərtləri kağızla, kartonla və digər materiallarla görülən iş zamanı yerinə yetirmək mümkündür. Kağız və kartonla görülən iş prosesində uşaqlar müəyyən ölçmə və nişanlama, müxtəlif formada qatlamaq və kəsmək kimi bacarıqlara yiyələnməli olurlar ki, bunlar da uşaqların yaradıcılıq fəaliyyəti zamanı istifadə etdikləri əməliyyatların avtomatlaşmasına səbəb olur. Bundan başqa kağız və kartonla hazırlanmış əşyalar forma və quruluşuna görə müxtəlif qaydalardan istifadə edilərək quraşdırıla bilir ki, bu da uşaqların yeni və səmərəli yollar tapmaq üzərində düşünmələrinə səbəb olur. Təbiət materialları ilə görülən işlərdə də uşaqların yaradıcı fəaliyyətini inkişaf etdirmək üçün geniş imkanlar yaranır. Təbiət materialları ilə işləyən uşaqlar əsasən qum, daş, bitki, meyvə, qoza, plastilin və s-dən istifadə edirlər. Belə materiallarla işləyərkən uşaqlar istənilən qədər materialla təmin olunur və onların yaradıcılığının təmin olunması təşkil edilir. Əməyin bu növündə uşaqların kollektiv fəaliyyətini təşkil etmək daha səmərəlidir. Bu zaman uşaqlar arasında yaranan yoldaşlıq, dostluq, əməksevərlik, sadəlik və əxlaqi keyfiyyətlər daha da möhkəmlənir.




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin