MəKTƏB:İsmayilli şƏHƏR 5 sayli tam orta məKTƏB ŞAGİRD: GƏNCİzadə TƏrlan



Yüklə 8,27 Kb.
tarix16.04.2018
ölçüsü8,27 Kb.
#48341

MƏKTƏB:İSMAYILLI ŞƏHƏR 5 SAYLI TAM ORTA MƏKTƏB
ŞAGİRD:GƏNCİZADƏ TƏRLAN
SİNİF:IVb

MÖVZU:MƏN ƏSGƏR OLMAQ İSTƏYİRƏM

VƏTƏNİM AZƏRBAYCAN

Mənim vətənim Azərbaycandır.Mən ölkəmi çox sevirəm.Ancaq təəssüf ki,artıq 25 ilə yaxındır ölkəmizdə müharibə şəraitində yaşayırıq.Sülhsevər siyasət yürüdən Respublikamızdə top,atəş səsləri eşidilir.Hər günümüz;- ermənilərin təxribatı davam edir –sözləri ilə başlayır.Ağlım kəsib ,başa düşə bildiyim bir gündən bu müharibə mövzusu hər yerdə bizimlə olur.Özümə bir sual verirəm,axı niyə mən balacayam?Nə üçün düşmənlərə qarşı vuruşa bilmirəm?

QAN YADDAŞIMIZ

Tarixə baxıram.Qədim Azərbaycan torpaqları 200 min km2-dən çox,1918-cildə 114,4min km2,hazırda 86,6 min km2 –dir ki,bu ərazimizin də 20%-dən çoxu işğal altındadır.Nə üçün bizim torpaqlarımız get-gedə azalmalıdır?Axı nə üçün biz bu qədər səbr edə bilirik?

XALQ QƏHRƏMANLARIMIZ –ŞƏHİDLƏR

Azərbaycan tarixən igid ,mərd oğulları ilə tanınıb.Kitablardan oxuduğumuz Cavanşir, Koroğlu,Babək, Mete xan,Tomris və s.kimi tarixi şəxsiyyətlər bu gün sanki birinci Qarabağ savaşında yenidən doğulmuşlar.Qarabağ uğrunda gedən döyüşlər daha neçə vətənpərvər ,qeyrətli vətən övladlarının adını tarixə yazdı.Mübariz İbrahimov,Çingiz Mustafayev,Salatın Əsgərova, və.s kimi el oğullarını tanıdıq.Hələ neçə vətənpərvər oğullarımız haqda çox təəssüf biz heç bilmirik.Düşünürəm ki,əgər insan canını vətəni yolunda düşünmədən fəda edir,Şəhid olursa bu özü ən böyük bir qəhrəmanlıqdır.Mənim fikrimcə,Vətən ,müqəddəs amal uğrunda canından keçən bütün Şəhidlərimiz qəhrəmandır.Bu qeyrətli oğullardan biri də mənim dayım İntiqam Camaləddinovdur.O,1994-cü ildə Tərtər uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla Şəhid olub.Göstərdiyi şücaətə görə ölümündən sonra «Azərbaycan Bayrağı»ordeni ilə təltif olunub.İntiqam Camaləddinovun necə bir peşəkar hərbçi,vətənini sevən bir oğul olduğunu haqqında yazılmış «Bir nakam ömür» adlı kitabdan oxuduqca,cəbhə yoldaşlarının,yaxınlarının onun haqqında xatirələrini öyrəndikcə çox qurur duyuram.Mən də onun kimi vətənimə gərəkli bir övlad olmaq üçün tələsirəm.

MƏN ƏSGƏR OLMAQ İSTƏYİRƏM

Müharibə şəraitində yaşayan bir ölkənin hər vətəndaşı bir əsgər olmalıdır.Mən də bunu özümə əvəzsiz bir borc bilirəm.Hər daim vətənim üçün canımdan keçməyə hazıram.Düşünürəm ki,ulularımızın dediyi kimi:Vətəndən pay olmaz,torpaqdan pay olmaz!»Bizim ən müqəddəs borcumuz bu günlər bizlərə babalarımızdan miras qalan bu torpağı göz bəbəyimiz kimi qorumaqdır.Necə ki,»Torpaq uğrunda ölən varsa Vətəndir!». «Vətəni sevməyən insan olmaz



Olsa da ol şəxsdə vicdan olmaz...»

İZLƏDİYİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!
Yüklə 8,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin