Məktəblərdə İqtisadiyyatın Tədrisi



Yüklə 7,17 Kb.
tarix10.06.2018
ölçüsü7,17 Kb.
#53256



USAİD-in “Məktəblərdə İqtisadiyyatın Tədrisi” proqramı çərçivəsində Lider Müəllimlərin Konfransı keçirilir
30 Noyabr – 1 Dekabr 2007-ci il tarixində, Hyatt Azərbaycan mehmanxanasında, saat 9.15-də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə Project Harmony və Junior Achievement Azərbaycan təşkilatı “Məktəblərdə İqtisadiyyatın Tədrisi” (AMİT) proqramının hissəsi olan “Lider Müəllimlərin Konfransı” keçirəcək. İki gün davam edəcək konfrans biznes və iqtisadi tədris, Azərbaycan və ABŞ məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, Junior Achievement proqramlarının məktəb və icma daxilində həyata keçirilməsi, şagirdlərin peşə seçimi üzrə istiqamətləndirilməsi və tədrisdə informasiya texnologiyalarından istifadə edilməsinə dair sessiyaları əhatə edəcək. Tədbirdə ölkənin 26 bölgəsindən 100-dən artıq tətbiqi iqtisadiyyat müəllimi iştirak edəcək, həmçinin, Azərbaycan Respublikası Təhsil Nazirliyi Misir Mərdanov, USAİD-in Azərbaycan üzrə Koordinatoru Skot Teylor, USAİD-nin İqtisadiyyat üzrə Baş Məslətəçisi Arnold Harberger, yerli və beynəlxalq işgüzar icmaların nümayəndələri iştirak edəcəklər.
Lider Müəllimlərin Konfransı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və fərdi donorlar tərəfindən maliyyələşdirilən, 2003-cü ildən Project Harmony və Junior Achievement Azərbaycan tərəfindən həyata keçirilən “Məktəblərdə İqtisadiyyatın Tədrisi” (AMİT) proqramının tərkib hissədir.
1998-ci ildə təsis olunan JA Azərbaycan təşkilatı Ümumdünya Junior Achievement Təşkilatının yerli təmsilçisidir, hansı ki, tədris və biznes arasında uğurlu körpü yaradaraq gəncləri həyat səviyyələrini yüksəltmələri üçün azad sahibkarlığı, iqtisadiyyatı və biznesi dəyərləndirməyə ruhlandıran, mənfəət güdməyən bir təşkilatdır. 2000-ci ildən etibarən JA Azərbaycan ölkənin 26 bölgəsindən 230 məktəbi təmsil edən 94 mindən artıq şagirdə və 380 müəllimə təlim keçmişdir.
Junior Achievement Azərbaycan təşkilatı (http://www.jaazerbaijan.org), Project Harmony (http://www.projectharmony.org) və USAİD (http://www.usaid.gov) haqqında əlavə məlumatı bu təşkilatların internet səhifələrindən əldə edə bilərsiniz. Tədbirlə bağlı daha geniş məlumatı əldə etmək üçün JA Azərbaycan təşkilatının İcraçı Direktoru Vüsal Xanlarova (99412) 493 9229 nömrəli telefonla muraciət edə bilərsiniz.
Yüklə 7,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin