Meliorasiya və irriqasiya haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun meliorasiya və irriqasiya sahəsində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
meliorasiya — torpaqların hidrotexniki, mədəni-texniki, kimyəvi, aqro-meşəmeliorasiya, aqrotexniki və digər tədbirlərin aparılması yolu ilə əsaslı yaxşılaşdırılmasıdır;
irriqasiya (suvarma) — təbii su çatışmazlığı olan torpaqlarda əkinlərə suyun mühəndis-texniki və digər tədbirlərin aparılması yolu ilə verilməsidir;
meliorasiya olunmuş (olunacaq) torpaqlar — meliorasiya tədbirlərinin aparılması nəticəsində münbitliyi artırılmış (artırılacaq) torpaqlardır;
suvarılan torpaqlar — suvarma məqsədi ilə irriqasiya sistemləri və qurğuları ilə təmin olunmuş torpaqlardır;
Dostları ilə paylaş: |