8- Allahın mələkləri
Biz ilahi mələklərinin varlığına inanırıq. Və bu mələklər neçə qrupa, dəstəyə bölünürlər. Mələklərin hər bir dəstəsi özünə məxsus məmuriyyətə malikdir.
1-Bəzi mələklər peyğəmbərlərə Allahın vəhyini yetirməyə məmur olublar. (Bəqərə, 98)
2-Bəziləri insanların əməllərinə nəzarət edirlər. (İnfitar, 10)
3-Mələklərin bir dəstəsi insanların ruhunu almağa məmurdurlar. (Əraf, 37)
4-Başqa bir qrup mələklər müharibə zamanı mömin şəxslərə yardım edirlər. (Əhzab, 9)
5-Onların bir dəstəsi isə düz yolda olan möminlərə yardım edirlər. (Fussilət, 30)
6-Bəzi mələklər tuğyankar və dikbaş tayfaları cəzalandırmağa məmurdurlar. (Hud, 77)
7-Digər mələklər isə yaranış aləmində olan müxtəlif məmuriyyətlərə malikdirlər.
Şübhəsiz, mələklərin söylənilən məmuriyyətlərə malik olması Allahın icazəsi, razılıq və fərmanı ilə baş tutur. Və Tövhidlə (istər ibadi, istərsə də əfali) heç bir ziddiyyəti yoxdur. Həqiqətdə, bütün bunlar tövhidin aşkar nümunəsi və onu təyid edən bir sübutdur. Və elə buradaca aydın olur ki, peyğəmbərlərin, məsumların və mələklərin (layiqli) insanlara şəfaət (vasitəçilik) etməsi, birbaşa Allahın iradəsi və icazəsinə bağlı olduğundan, tövhidlə heç bir təzad daşımayaraq, tövhidin özü ilə eynidir. Qurani-kərim buyurur: “Allahın icazəsi olmadan heç bir kəs şəfaət edə bilməz.” (Yunus, 3) (Şəfaət və təvəssül məsələsinin geniş bəhsi “nübüvvət” bölümündə şərh ediləcəkdir.)
Dostları ilə paylaş: |