Qeyd; “İmam”ın tərifinə diqqət etdikdə, aydın olur ki, bu məqama yüksəlmək bir sıra dəyərli, lakin olduqca ağır şərtlər tələb edir. İmam istər təqva (məsum-hər bir günahdan uzaq və pak olmaq), istər elm (bütün İslam maarifinə və göstərişlərinə ali şəkildə bələd olmaq və insanları, onların ehtiyaclarını hər bir zamanda və məkanda olduğu kimi dərk edərək, tanımaq) cəhətindən kamil olmalıdır.
46-İmam bütün xəta və günahlardan rakdır
İmam hər bir səhv və günahdan uzaq və pak olmalıdır. Yuxarıda söylənilən ayədən (Bəqərə, 124) aydın olduğu kimi, məsum olmayan şəxs imam ola bilməz. Bundan əlavə, onu da qeyd etmək lazımdır ki, Peyğəmbərin dininin mühafizi olan (hər bir təhrif və xurafatdan qoruyan) imam, mütləq, şəkildə, tam etimadlı bir şəxs olmalıdır. Çünki dinimizin bütün əsaslar və fərləri onun vasitəsilə (Peyğəmbər (s.ə)-dən sonra) xalqa təqdim olunur. Məhz elə bu səbəbdən də, imamın hər bir “sözü”, “əməli” və təqriri-“razılığı”21 dini və şəri cəhətdən hər bir şəxsə dəlil (sübut) sayılır.