Мүәллиф сөзү


-Bizim imamlarımız (ə) İslam Peyğəmbərinin (s) vasitəsilə təyin olunmuşdur



Yüklə 1,5 Mb.
səhifə50/80
tarix04.01.2022
ölçüsü1,5 Mb.
#53374
1   ...   46   47   48   49   50   51   52   53   ...   80

50-Bizim imamlarımız (ə) İslam Peyğəmbərinin (s) vasitəsilə təyin olunmuşdur


Bildiyiniz kimi, İslam Peyğəmbəri Məhəmməd (s.ə) özündən sonra gələcək imamları ümumi şəkildə “Səqəleyn” hədisində təyin etmişdir.

Səhihi-Müslimdə belə oxuyuruq: “Peyğəmbər (s.ə) Məkkə və Mədinənin arasında yerləşən “Xum” adlanan vadidə ayağa qalxaraq xütbə oxudu. Sonra isə belə buyurdu: “Mən sizin aranızda iki qiymətli (böyük) əmanət qoyub gedirəm. Onun əvvəlincisi nur və hidayətə sahib olan Allahın kitabı... digəri isə “Əhli-beytim” dir! (İmamlar) Əhli-beytimin barəsində Allahı unutmayın! (Yəni Allahı unudaraq Əhli-beytimi kənara qoymayın)” Və bu cümləni 3 dəfə təkrar etdi” (Səhih Müslim, c. 4, səh. 1873)

Bu hədis “Səhih-Termizi”də də, yazılaraq aşkarcasına belə söyləyir: “Əgər bu iki əmanətə sarılsanız heç vaxt azğınlığa düşməyəcəksiniz!” (Səhihi-Termizi, c. 5, s. 662) söylənilən hədis (Sünəni-Darəmi, c. 2, s. 432), (Xəssasu-Nisai, səh 20), (Müstədi-Əhməd, c. 5, s. 182), və İslam aləminin digər tanınmış və məşhur kitablarında (Kənzul-ümmal, c. 1, s. 185, hədis 945) da qeyd olunmuşdur. Və bu hədisin düzgünlüyündə heç bir şəkk-şübhə yoxdur. Həqiqətdə “Səqəleyn” hədisi “Mütəvatir” hədislərdən biri sayılır. Və heç müsəlmanın onu inkar etməyə haqqı yoxdur. İslam Peyğəmbəri (s) bu hədisi müxtəlif yerlərdə dəfələrlə təkrarlamışdır.

Aydındır ki, hədisdən məqsəd Peyğəmbər (s.ə)-in Əhli-beytinin hamısı deyil, yalnız “məsum imamlar” (ə)-dır. Çünki yalnız və yalnız bu böyük imamət məqamı Qur`anla bərabər tutularaq, onunla birlikdə zikr oluna bilər. Yalnız bəzi zəif və şəkli mənbələrə əsaslanan hədislər “Əhli-beyt” kəlməsini “Sünnə” ilə əvəz edibdir.

Biz, Peyğəmbər (s.ə)-dən sonra 12 imamın canişin olduğunu sübut edən məşhur bir hədisə isnad edirik. Bu hədis hətta əhli-sünnətin ən məşhur hədis kitablarında qeyd olunmuşdur; (Səhih-Buraxi, Səhih-Müslim, Səhih-Termizi, Səhihi Əbu Davud, Müstədi Hənbəl və s...) “Peyğəmbər (s.ə) buyurur: “İslam dini hamısı Qüreyş tayfasındandır 12 xəlifənin sizə imaməti, Qiyamət gününə qədər bərpadır!”22 Bu rəvayətin şərhi şiənin etiqadlı olduğu “12 imamdan” başqa bir şərhə malik deyildir. Sizin fikrinizcə Peyğəmbər (s.ə)-in söylədiyi bu hədis “12 imam (ə)” dan savayı, digər təfsirə malik ola bilərmi?23


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin