Həzrət Əli (ə) səhabələrin ən üstünü və ən fəzilətlisi idi. O, İslam Peyğəmbərindən (s) sonra İslam ümmətinin birinci şəxsiyyətidir. Amma bununla belə, onun barəsində həddindən artıq olan bəzi xurafatlar boş, əsassız və haramdır. Həzrət Əli (ə)-a Allahlıq nisbəti verən, onu Allaha oxşar27 sayan hər bir şəxs kafirdir, müsəlmanların cərgəsindən xaric olmuşdur. Biz belə şəxslərin küfr dolu etiqadlarından bizarıq. Təəssüflər olsun ki, bu şəxslərin küfrlə dolu etiqadları bəzən “şiə” adı ilə qarışıq düşərək, səhv anlayış bağışlayır. Şiələrin pak etiqadlarının “Ğuluvv” (Əliallahı) edən şəxslərin etiqadı ilə səhv salınması bəzən bir çox xoşagəlməz hallara səbəb olur. Bir halda ki, bütün şiə alimləri öz kitablarında belə şəxslərin (Əli-Allahı) müsəlman olmadığını, İslamdan xaric olduğunu dəfələrlə təkid etmişlər.