Мүәллиф сөзү


-İmamət məqamının həqiqəti



Yüklə 1,5 Mb.
səhifə46/80
tarix04.01.2022
ölçüsü1,5 Mb.
#53374
1   ...   42   43   44   45   46   47   48   49   ...   80

45-İmamət məqamının həqiqəti


İmamət təkcə zahiri bir hakimiyyət deyil, uca və əlçatmaz bir mənəvi, ruhani məqamdır (rütbədir). Məsum imam, müsəlmanların hakimi−dünyəvi rəhbəri olmaqdan əlavə, onların mənəvi cəhətdən din və dünyasının hidayət edənidir. İmam insanların ruhunu və təfəkkürünü islah edərək, doğru yola yönəldir. Peyğəmbər (s.ə)-in dinini hər cür təhrifdən qoruyaraq, hədəfinə yetirir. Xatırlayın ki, bu, Allah-təalanın, İbrahim Xəlil (ə) peyğəmbərlərə peyğəmbərlik məqamından sonra, uzun-uzadı imtahanlara qalib gəldikdə, bəxş etdiyi bir məqamdır. Lakin Həzrət İbrahim (ə) Allahdan bu rütbəni (imamət məqamını) öz övladları və nəsli üçün istədikdə, Allah ona bu məqamın zalım və günahkarlara qismət olmayacağını söylədi. Qur`ani-kərim bu barədə buyurur: “İbrahimin Rəbbi onu bir neçə işlə sınadı. O (İbrahim) da, onları bütünlüklə yerinə yetirdi (imtahanlardan üzü ağ çıxdı). Allah dedi: “Mən səni insanların imamı etdim!” (İbrahim) dedi: “Nəslimidəmi?” Allah-təala buyurdu: “Mənim əhdim (imamət) zalımlara yetişməz!” Yəni sənin nəslindən ancaq məsumlara yetişər.”

Qeyd:


Göründüyü kimi imamət yalnız və yalnız xalqa hakimiyyət etmək demək deyildir! Çünki imamət fəqət “hakimiyyətdə olmaq” kimi mənalandırılarsa, yuxarıda söylənilən “imamət rütbəsi”, Həzrət İbrahim (ə) üçün mənasız və bihudə olardı. Diqqət etmək lazımdır ki, həzrət İbrahim (ə) heç vaxt hakimiyyətdə olmamışdır.

Biz inanırıq ki, bütün Ulul-Əzm peyğəmbərlər imamət rütbəsinə sahib olmuşlar. Onlar xalqın maddi və mənəvi rəhbəri idilər. Xüsusilə, İslam Peyğəmbəri (s) Allah tərəfindən peyğəmbərlik rütbəsinə layiq görülən anda, imamət məqamına da, yüksəlmişdi. Onun vəzifəsi təkcə risalətin təbliği ilə sona yetişmirdi. O, xalqın maddi və mənəvi rəhbəri idi. Və Peyğəmbər (s.ə)-dən sonra imamət məqamı onun nəslindən olan məsum şəxslərə yetişdi.




Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin