İmam, heç bir vaxt “yeni din və şəriət” yaratmır. Həqiqətdə, onun vəzifəsi İslam Peyğəmbərinin (s) şəriətini olduğu kimi qoruyub saxlamaq, onu təbliğ və təlim etməkdir! İmam (ə) insanları Məhəmməd Peyğəmbər (s.ə)-in dininə doğru çağıraraq, onları bu müqəddəs dinlə yaxından tanış edir.
İmam dinin bütün əsaslarını, fərlərini, hökmlərini, Qur`anın məna və şərhini olduğu kimi bilməli və anlamalıdır. Deməli, imam Allah tərəfindən ona bəxş olunan elmə və Peyğəmbər (s.ə)-in vasitəsilə öyrətdiyi təlimlərə əsasən ən elmli bir şəxs olmalıdır. Bəli, yalnız belə bir elmin sahibi insanların etimadını qazanaraq, İslamın həqiqətini anlatmaqda ən gözəl yardımçı və rəhbər ola bilər.