63-Fiqhin dörd mənbəsi
Şiə fiqhinin mənbələri (ictihad etdiyi şeylər) aşağıdakılardan ibarətdir:
1-Allahın kitabı olan Qur`an. İslam maarifinin və hökmlərinin əsas mənbəyi.
2-Peyğəmbər (s.ə) və Əhli-beytin-məsum imamların (ə) sünnəsi.
3-İcma (Alim və fəqihlərin rəy birliyi), Məsum (ə)-ın nəzərini yetirməklə.
4-Ağıl. Ağlın dəlili-sübut kimi tanınmasından məqsəd, onun qəti şəkildə, yəqin edərək verdiyi hökmdür! Zənn və güman (“Qiyas” və “İstehsan” kimi) edən surətdə isə ağlın hökmü qəbul edilməyəcəkdir.
Beləliklə, fəqih heç vaxt Qur`anda və sünnədə bəyan olunmayan bir əməl barəsində öz şəxsi məsləhətilə, güman və zənnə arxalanaraq hökm edə bilməz. O, bu hökmü ilahi qanunu adlandırmağa ixtiyarlı deyildir! Şəriət hökmlərinə əl tapmaq üçün, zənnə-gümana arxalanan “Qiyas”-a etibar etməklə hökm vermək doğru deyildir. Və bu iş qadağan olunmuşdur.
Amma insan öz ağlının yəqin etdiyi hökmə əsasən, qərar qəbul edərsə, məsələn; zülmün, yalanın, oğurluq və xəyanətin pis və haram sayılmasına yəqin edərək onun günah olduğuna hökm edərsə, bu hökm etibarlıdır. Və “Ağlın hökm etdiyi hər bir şeyə, şəriət də, hökm etmişdir− qanununa əsasən, ağıl da, şərin etdiyi hökmü bəyan edir.
Danılmaz bir həqiqətdir ki, müsəlmanların ehtiyaclı olduğu şəri hökmlər barəsində (istər siyasət, ibadət və istərsə də, iqtisadiyyat və ictimai məsələlərə aid olan) Peyğəmbərin (s) və Əhli-beytin (ə) buyurduqları hədislər kifayət qədər mövcuddur. Zənn və gümanla dolu dəlil-sübutlara müraciət etməyə isə ehtiyac yoxdur. Müasir dünyaya qədəm qoyduqca isə yeni yaranan məsələlər barəsində Qur`an və hədislərdə ümumi qaydalar zikr olunmuşdur. Bu qaydalara müraciət etməklə hər bir fəqih, müasir zamanın vücuda gətirdiyi tələblərə (məs; kosmik uçuşlar, teleradio, və s...) İslam dininin buyurduqlarına əsasən cavab verməyə qadirdir.34
Dostları ilə paylaş: |