Memar əCƏMİ naxçivani yaradiciliğinda ahəngdarliq


İlahi mütənasiblik qanunu - Qızıl bölgü



Yüklə 0,87 Mb.
səhifə10/32
tarix10.01.2022
ölçüsü0,87 Mb.
#107750
1   ...   6   7   8   9   10   11   12   13   ...   32
6. İlahi mütənasiblik qanunu - Qızıl bölgü

Orta əsr müsəlman intibahında ətraf mühitin dərki də ədədlər anlayışı ilə analogiya təşkil edirdi. Belə halda ədədi qavrayış varlıq və kainatın strukturuna açar hesab olunurdu. "Kainat" sözünün özü də qayda-qanun ifadə edirdi. Kainatın quruluşunun öyrənilməsi ədədlər nəzəriyyəsinin öyrənilməsi ilə eynilik təşkil edirdi. Kainat elmində ədədlər simvolik deyil abstrakt (mücərrəd) düşüncə idi. İslam mədəniyyətində isə həndəsi fiqurlar simmetriya oxları istiqamətində müəyyən qanunauyğunluqla yerləşdirilərək kainatın məcazi ifadəsi hesab olunurdu [7. s. 215].

Antik dövrdən başlayaraq qədim Misirdə, qədim Yunan fəlsəfəsində, orta əsr müsəlman incəsənətində, orta əsr Avropa intibahında tamın müəyyən qanunauyğunluqla iki hissəyə ayrılması məsələsi böyük maraq doğurur. Qızıl bölgü adlanan bu ilahi mütənasiblik qanunu təbiətin quruluşunu, ilk növbədə orqanik vahidliyi ifadə edir. "Qızıl bölgü əski çağlardan bəri varlıqda kəşf edilən bir elm simvoludur". [20. s 257]

İbn Haldun "qızıl bölgü" mütənasiblik sistemini ilk növbədə həndəsi elmlərə aid edir və göstərir ki, "Bir-biriylə mütənasib olan dörd kəmiyyətdən birincisinin üçüncüsüylə çarpımı (hasili), ikincisinin dördüncüsünə çarpımına bərabərdir" [68. s. 1155].

Qızıl bölgünün mahiyyətinin nədən ibarət olduğunu göstərək. Oxşarlığın qarşılıqlı nüfuzunun açarını bizə "qızıl bölgü" düzbucaqlısının diaqonalları ilə tərəfləri arasında münasibət verir (şək. 1).

Doğrudan da yarım kvadratın diaqonalını ( =360/2, yarım dövr) qədər döndərsək tərəfinin uzunluğu vahid olan kvadratı, tərəfinin uzunluğu vahid olan kvadratı tərəfinin uzunluğunu kvadrata çevirmiş oluruq. Beləliklə, statik əsaslı kvadrat sistem, dinamik əsaslı qızıl bölgü düzbucaqlısını (şək 1.) müəyyən edir. Buradan belə nəticə çıxarmaq olar ki, hər bir dinamiki inkişaf qanunun kökü statiki əsasa dayanır. Bu halda ortaq ölçülülüyü və həndəsi oxşarlıq prinsipini diaqonallar həyata keçirir. Diaqonallar və sadə düzbucaqlıların tərəfləri (kvadrat və ikiqat kvadratlar sisteminin diaqonalları və tərəfləri) qədim həndəsəçi memarların əlində gözün torlu qişasında a/b nisbətini əks etdirən qoşa ölçüyə çevirir. Nəticə etibarı ilə "Qızıl bölgü" dixotomiyası canlı obyektlərin inkişaf qanunauyğunluğunu və bütövlüyünü həndəsi dillə izah etməyə imkan verir. Bu ilahi qanunun dixotomik xüsusiyyəti tam və onun hissələri arasında olan iki rabitə növünü-additivliyi və multiplikativliyi müəyyən edir.

a+b=c (additivlik) (1)

a:b=b:c (multiplikativlik) (2)

Belə bir sual ortaya çıxır: Additivliyin və multiplikativliyin vahidliyində hansı ilahi qüvvə var ki, bu qüvvə təbiətin harmoniyasını canlı təbii varlıqların harmonik inkişaf qanununu və onların strukturunu müəyyən edir?

Additivlik elementar tamın iki hissədən ibarət olduğunu göstərir. Simvolik olaraq hər bir c olan tam a və b ilə işarə olunur. Həndəsi olaraq uzunluğu c olan düz xətt parçasının a və b hissələrinə ayrılması belə abstrakt ifadədir. Bu iki parçanın uzunluqları bir-birinə bərabər deyilsə, kiçik parça uzunluğunun böyük parça uzunluğuna olan nisbəti, böyük parça uzunluğunun ümumi parça uzunluğuna nisbəti kimi olarsa, o halda additivlik və multiplikativlik xassələri birləşir - düz xətt parçası qızıl bölgü nisbətində ayrılmış olur [10. şək.2]. Burada təbii obyektlərin düz xətt parçaları ilə eyniləşdirilməsi tamamilə şərtidir. Göstərilən analogiya dəqiq və birmənalı olduğuna görə tamlığı daha dərindən ifadə edir və xətti abstraksiyadan real varlığa keçmək üçün körpü rolunu oynayır. Qızıl bölgü prinsipinin additivlik xassəsi canlı təbii obyektlərin konstruksiyalarının konstruksiyalanmasında dixotomik prinsipi , multiplikativlik isə strukturun bütün hissələrinin vahid qanunla genişlənərək boyun dəyişməsini ifadə edir. Tama aid olan hissə və tamın özü öz parametrlərini eyni bir üsulla dəyişir. Dixotomik xassəsinə malik olan vahid orqanizmin bütün hissələri eyni bir qanunla-həndəsi silsilə qanunun ilə dəyişir. Additivlik və multiplikativliyi birləşdirən tənliyin birgə həlli qızıl bölgü ədədlərinin artan

1; 1,618; 2,618..;

və azalan

1; 0,618; 0,382....

sıralarına gətirir [6. c. 63]

Strukturun təbii elmi mahiyyətini additivlik və multiplikativlik baxımından kodlaşdırmaq üçün energetik faza hadisələrinin birgə tənliyini yazmaq lazımdır. Bunun üçün isə (1) və (2) tənliklərinə vektori forma verilir .


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin