Memar əCƏMİ naxçivani yaradiciliğinda ahəngdarliq



Yüklə 0,87 Mb.
səhifə9/32
tarix10.01.2022
ölçüsü0,87 Mb.
#107750
1   ...   5   6   7   8   9   10   11   12   ...   32
5. Həndəsi oxşarlıq
Beləliklə, həndəsi oxşarlıq, mütənasibliyin həndəsi ifadəsi, fəza formalarının yazılma formasıdır. Xarici aləmin dərki həndəsi oxşarlıq qanunu ilə həyata keçirilir. Bütövlükdə müfəssəl strukturlu görünüş qabiliyyəti- orqanizmin (gözün) görmə funksiyası həndəsi oxşarlıq qanununa tabedir. Gözün torlu qişası bütün səviyyələrdə bu prinsipi yerinə yetirir. Hər hansı real obyekt göz bəbəyində mütənasiblik pərgarına uyğun inikas edir. Deməli göz həndəsi oxşarlıq yolu ilə xarici aləmin fəza obrazını şifrələyib beynin görüş sahəsinə verir. Baxış qavrayışı fəza kateqoriyasıdır [6. s.118]. Göz bilavasitə ölçmür, müqayisə edir. Gözdə inikas edən varlıqların semantik mənası yoxdur. Oxşarlıq qanunlarına görə obraz gözdə fəza ölçü xarakteristikalarının cəmi kimi alınır. Həndəsi oxşarlıq prinsipi ilə həyata keçirilən görmə mexanizmi şeylərin fəza obrazının təyininin açarını verir. Belə halda mütənasibliyi təyin edən oxşarlıq görmə qavrayışının kodudur. Kodlaşma mexanizmi təqribən aşağıdakı ardıcıllıqla yerinə yetirilir: Təbii varlıqlar- mütənasiblik- ortaq ölçülülük- baxış qavrayışı- gözdə inikas- beyinin görüş sahəsində kodlaşma.

Həndəsi oxşarlıq qanunu ilə təşəkkül tapmış təbiətin sutrukturu bu yolla özü həmin quruluşa malik olan və obrazı inikas etməyə uyğun yaranan göz bəbəyi vasitəsi ilə hələ mənası tam açılmayan insan şüuruna- beyinə köçürülür. İlk qavrayışda beyin real varlıqların bütövlüyünü aça bilmir. Əgər bütövlüyün mahiyyətini aça bilsək təbiətin harmonik quruluşunun vahid dərkinə addım atmış olarıq. Maddi aləmin dərki görmə ilə əlaqədardır.

Başqa canlılardan fərqli olaraq görmə mexanizminə uyğun obrazı kodlaşdıran insan beyni bu obrazın mahiyyətini açmaq üçün həndəsi oxşarlıq prinsipinə əsaslanan quruluşa malik olan ortaq ölçü alətlərindən istifadə edir. Beləliklə, yarandığı gündən sənətkar insan kainatın strukturunun dərkinə çalışır, onu öz beynində həndəsi oxşarlıq qanunu ilə kodlaşdırır və əxz etdiyi prinsiplərlə yaratdığı ölçü alətləri vasitəsi ilə özünün mədəniyyət və incəsənət əsərlərini yaradır. Antik dövrlərdən başlayaraq yaranmış incəsənət əsərlərinin quruluşu fikirlərimizi təsdiq edir. İlk dəfə görmə hadisəsini gözdən yayılan şüalarla deyil, xaricdən gələn şüalar yolu ilə mümkün olma ideyasını irəli sürən orta əsr Müsəlman Şərqinin böyük müsəlman ensiklopedisti İbn Heysamdır (950-1051). Öz təfəkkürü ilə maddi varlığın insan gözündə inikas qanunauyğunluğunu irəli sürən İbn Heysam göz sisteminin görmə mərkəzi olduğunu və onun üzərində irəli gələn izlənilmələrin görmə sinirləri ilə beyinə köçürüldüyünü isbat etdi [60. s. 115]

Orta əsr müsəlman intibahında riyazi ədədlər bütövlüyün proyeksiyası kimi qəbul olunurdu. Fəza-zaman anlamında bu konsepsiya metafizik mahiyyət daşıyırdı. Buna görə də elmlər arasında riyazi ədədlər elmi olmaq etibarı ilə universal struktura malik təbii şeylərin sezmə yolu ilə dərki kimi xüsusi rol oynayırdı. "İnsanın bütün yaradıcılığı boyu Təbiətdə həndəsi oxşarlığın riyazi qanununa simmetriya fonundan baxılırdı" [6. s. 21]





Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin