Fakültənin Elmi- metodiki
şurasında təsdiq olunmuşdur
27.01.2012
BAKI – 2012
Azmərtəbəli evlər
Ümumi qaydalar. Təsnifat.
Yüksək mərtəbəli binaların geniş tikintisi ilə yanaşı bizim ölkəmizdə az mərtəbəli evlər də çox tikilir (xüsusilə də kənd, bağ yerlərində və kiçik fəhlə qəsəbələrində). Azmərtəbəli tikinti əhalinin məişətinə daha uyğun gəlir və baxmayaraq ki, sıxlığın azalması nəticəsində mühəndis kommunikasiyalarının uzunluğu, abadlaşdırma sahələri və b. artır, iqtisadi cəhətdən də məqsədəuyğundur. Bu məqsədəuyğunluq onunla izah olunur ki, azmərtəbəli tikintidə sadə yüngülləşdirilmiş konstruksiyalardan, ucuz yerli tikinti materiallarından istifadə etmək mümkündür. Burada sadələşdirilmiş mühəndis avadanlığı sistemlərindən istifadə etmək mümkündür (şəbəkədə az təzyiqi olan su kəməri, yerli axar su təmizləyici qurğuları ilə kanalizasiya və b.).
Müasir tikinti təcrübəsində azmərtəbəli yaşayış evlərinin bir neçə tipi tətbiq edilir və onların seçimi konkret şərtlərdən asılıdır: birmənzilli ev, ikimənzilli ev (birləşdirilmiş), dördmənzilli, çoxmənzilli bloklaşdırılmış.Bütün tiplərdə azmərtəbəli yaşayış tikintisinin xüsusiyyəti, kifayət qədər müxtəlif sərhədlər çərçivəsində olan ölçülərdə mənzilyanı sahələrin olmasıdır.
Təsərrüfat əhəmiyyəti olan (bağ, bostan, ev heyvanları və quşlarının saxlanması) qəsəbələrdə onun ölçüləri 1200-2500m² sərhəddindədir, xüsusi təsərrüfat əhəmiyyəti olmayan qəsəbələrdə onun ölçüləri kifayət qədər dəyişir – 600-1200m². Su kəməri və kanalizasiya şəbəkələri ilə təhciz olunmuş rayonlarda bu sahəni maksimum azaltmağa çalışmaq lazımdır (300-450m² qədər). Göstərilən bütün sahə ölçüləri bir və iki mənzilli evlərə uyğun gəlir və bəzi dördmənzilli evlərə də tətbiq edilə bilər.
Çoxmənzilli bloklaşdırılmış evlərdə mənzilyanı sahələrin ölçüləri 100-250m² qədər azaldıla bilər, bununla belə, nəzərə almaq lazımdır ki, 250m² ölçülərində sahə orada ayrıca anbar tələb olunduğu zaman ola bilər.
Bloklaşdırılmış evlərdə mənzilyanı sahələrin təyinatı tam məişət xarakterlidir – onlar, xüsusilə istirahət və mikroiqlimin yaxşılaşdırılması məqsədi ilə istfadə edilir. Burada kiçik bostan və meyvə bağı salmaq mümkündür.
Müxtəlif tipli azmərtəbəli evlərdə mənzillərin planlaşdırılması bundan əvvəlki bölmədə göstərilən bütün tələblərə və şərtlərə cavab verməlidir, lakin bəzi fərqli xüsusiyyətləri də vardır. Azmərtəbəli evin mənzili mənzilyanı sahə ilə bağlıdır. Bu bir çox hallarda mənzilə iki giriş vermək zəruriyyətini doğurur – küçədən və mənzilyanı sahədən. Birinci giriş, adətən, dəhlizdən, ikinci giriş isə mətbəxdən keçir. Evdə, ilin isti vaxtlarında əlavə yaşayış sahəsi və istirahət yeri kimi istifadə olunan qapalı və açıq (tikinti rayonundan asılı olaraq) terraslar, eyvanlar, lociyalar, balkonlar quraşdırılır. İsti iqlim rayonlarında belə yay yerləşgələrinin quraşdırılması vacibdir.
Azmərtəbəli yaşayış evlərinin tipləri.
a - birmənzilli; b - ikimənzilli; c - dördmənzilli;
d - səkkizmənzilli; e - çoxmənzilli (bloklaşdırılmış)
Dostları ilə paylaş: |