İkimənzilli evlər (cütləşdirilmiş) bir ümumi divarı olan iki birmənzilli evin birləşdirilməsidir. Bunun nəticəsində iki mənzilli evin hər mənzilinin xarici divar perimetri azalır və bu da divar materiallarına və istilik xərclərində qənaətə gətirib çıxarır.
İkimənzilli evlərin planlaşdırılma prinsipi birmənzilli evlərlə eynidir. Onlar həm bir, həm də iki səviyyədə həll edilə bilər. Fərqli cəhət ondan ki, hər bir mənzildə bir divarda boşluq vermək mümkün deyil (iki mənzil arasındakı ümumi divar). İkimənzilli evlərdə hər iki mənzilin sanitar qovşaqlarının və mətbəxlərinin bloklaşdırılmasına çalışmaq lazımidır.
Dostları ilə paylaş: |