Memarlıq” fakültəsi “Memarlıq layihələndirilməsi və şəhərsalma ” kafedrası Fənnin adı: Memarlıq tipologiyası


Çoxmənzilli evlərdə mənzillərin bloklaşdırma nümunələri



Yüklə 1,25 Mb.
səhifə19/41
tarix30.03.2022
ölçüsü1,25 Mb.
#115051
1   ...   15   16   17   18   19   20   21   22   ...   41
bina və qurğuların tipologiyası (2)[7]

Çoxmənzilli evlərdə mənzillərin bloklaşdırma nümunələri.

Evin belə sadə konfiqurasiyasını və tikintinin böyük sıxlığını ikicərgəli bloklaşdırma üsulu da verir. Lakin bu üsul tətbiq edilən zaman mənzil-blokların sayı çox olduqda, bir tərəfə istiqamətlənmiş və ikitərəfli küləklənməsi olmayan mənzillərin sanitar-gigiyenik keyfiyyəti aşağı düşür. Buna görə də ikicərgəli bloklaşma, bir qayda olaraq, dörd mənzilli evlərdə tətbiq edilir, burada evlər iki tərəfə səmtlənir və küncdən küləklənir. Belə bloklaşdırılma xacvari adlanır.

Bəzi hallarda ayrı-ayrı blokların daha yaxşı izolyasiyası və ya səmtləşdirmə şəraitinin yaxşılaşdırılması məqsədi ilə blokları bir-birinə nisbətən çıxıntılı yerləşdirilən bloklaşdırma üsulu tətbiq edilir.

İsti iqlimli rayonlarda yerləşgələri çox qızmadan qorumaq üçün bəzən planda L-şəkilli olan bloklardan bloklaşdırılma tətbiq edilir ki, bu da yarıaçıq və ya qapalı daxili həyət əmələ gətirir. Belə mənzillərin bir-birinin içinə keçən bloklaşması da mümkündür.

Mürəkkəb relyefli rayonlarda mənzil-blokların bloklaşdırılmasını şaquli xətt boyunca hərəkət etdirməklə həyata keçirirlər. Bəzi hallarda blokları şaquli xətt boyunca, həm də üfüqi xətt boyunca hərəkət etdirirlər, bu isə relyeflə üzvi bağlılıq yaradan gözəl məkan kompozisiyası əmələ gətirir.



  1. Yüklə 1,25 Mb.

    Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin