Memarlıq” fakültəsi “Memarlıq layihələndirilməsi və şəhərsalma ” kafedrası Fənnin adı: Memarlıq tipologiyası


Pilləkən yerləşdirilməsinin örtük konstruksiyası ilə əlaqəsi



Yüklə 1,25 Mb.
səhifə22/41
tarix30.03.2022
ölçüsü1,25 Mb.
#115051
1   ...   18   19   20   21   22   23   24   25   ...   41
bina və qurğuların tipologiyası (2)[7]

Pilləkən yerləşdirilməsinin örtük konstruksiyası ilə əlaqəsi

Bloklaşdırılmış evlərin konstruktiv sxemləri onun ayrı-ayrı blok-mənzildən ibarət olan həcmi-planlaşdırma quruluşundan asılıdır. Ən səmərəli variant eninə divarlı sxemdir, burada eninə divarlar, eyni zamanda həm örtmə tavaları üçün dayaq, həm də mənzillər arasında arakəsmələrdir. Yükdaşıyan arakəsmələr mənzillər arasındakı arakəsmələrin oxları boyunca yerləşən eninə tirləri olan karkasla əvəz oluna bilər.

Hər iki variantda xarici uzununa divarlar tamamilə yükdaşıma funksiyasından azad olur və onlar yüngül istilik saxlayan materiallardan yerinə yetirilə bilər, lociya olduğu halda isə tamamilə şüşə ilə əvəz oluna bilər. Nisbətən böyük sahəli mənzilləri olan evin ikicərgəli bloklaşdırılması halında uzununa yükdaşıyan divarları və ya uzununa yerləşdirilmiş dirəklərlə, karkas konstruktiv sxemini tətbiq etmək məqsədəuyğundur.

Karkas konstruksiyalarda karkas elementlərini – dayaqları, dirəkləri, örtük tavalarını dəmir-betondan hazırlayırlar. Bu halda xarici divar panellərini yüngül istilik effektli materiallardan yerinə yetirirlər. Doldurulma üçün həmçinin yerli materiallardan (qamış, həsir, fibrolit və b.) istifadə oluna bilər. Divar konstruksiyalarında daxili yükdaşıyan arakəsmələr, adətən, dəmir-beton panellərdən yerinə yetirilir. Çəpər kimi istilik qatı olan dəmir-beton panellər və ya yüngül betondan birqat panellər xidmət edir.

Hər növ azmərtəbəli evlərin divarları ayrı-ayrı materiallardan, başlıca olaraq kərpiç və təbii daşdan yerinə yetirilə bilər. Bununla yanaşı nəzərə almaq lazımdır ki, kərpicdən yükdaşıyan material kimi tam olaraq istifadə etmək üçün onun qalınlığı 250mm, xarici divarlarda isə istilik qatı tətbiq edilməklə (çoxqatlı konstruksiya) 380mm qəbul edirlər. Təbii daşın tətbiq edilməsi (tuf daşı, əhəng daşı) başlıca olaraq cənub rayonları üçün xarakterikdir, burada o yerli materialdır.


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin