Memarlıq” fakültəsi “Memarlıq layihələndirilməsi və şəhərsalma ” kafedrası Fənnin adı: Memarlıq tipologiyası



Yüklə 1,25 Mb.
səhifə32/41
tarix30.03.2022
ölçüsü1,25 Mb.
#115051
1   ...   28   29   30   31   32   33   34   35   ...   41
bina və qurğuların tipologiyası (2)[7]

Birseksialı binalar.

Birseksiyalı binalar bir şaquli kommunikasiyalar qovşağının (pilləkən və

liftlər) ətrafında yerləşmiş mənzillər kompleksini təmin edir ki, bu səbəbdən də belə binaların çox böyük olmayan yığcam planı olur. Belə binalarda yaxşı insolyasiya və küləklənmə alan böyük olmayan bir, iki və üçotaqlı mənzillər rahat yerləşdirilir. Bununla da birseksiyalı və «nöqtəvi» adlanan binaların həm ölkəmizdə, həm də xaricdə kifayət qədər geniş yayılması izah olunur.

Birseksiyalı binalar həm orta, həm də yüksək mərtəbəli ola bilər. Kütləvi tikinti üçün 9 və 12 mərtəbəli binalar daha geniş yayılmışdır. Belə binaların pilləkənlərini həm işıqlı, həm də təbii işıqlanma olmadan edirlər. Birseksiyalı binalarda pilləkən və liftlərin sayı və ölçüləri (bir və ya iki) binanın mərtəbəliliyindən, bir mərtəbədə yerləşən və ümumi normalara əsasən təyin edilən mənzillərin sayından asılıdır. İkinci pilləkən yalnız yanğın olduğu hallarda evakuasiyaya xidmət edir və ona görə də minimum eni və maksimum maililiyi (enisi) ola bilər.

Birseksiyalı binanın planda forması: düzbucaqlı və ya kvadrat, T-şəkilli, üçoxlu (üçyarpaq) iki blokdan ibarət, xaçşəkilli ola bilər.

Düzbucaqlı və ya kvadrat formalı planlar fərdi tikinti üçün daha münasibdir və ona görə də bizim tikinti təcrübəmizdə geniş tətbiq edilir. Belə planlı binalarda mərtəbədə dörd, beş, altı və səkkiz mənzil yerləşdirilə bilər.

Planın T-şəkilli forması konstruktiv sxemi nisbətən mürəkkəbləşdirir, lakin səmtləşdirmə və mənzillərin küləklənmə şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Planda «üçyarpaq» olan binalarda üç qanad çox hallarda 120º bucaq əmələ gətirir. Belə bucaq mümkün qaranlıqlaşmanı minimuma endirir və bitişik qanadlarda yerləşən mənzillərin zahirən (tamaşaçiya görə) ən yaxşı izolyasiyasını verir. Qanadların müxtəlif bucaqlar altında yerləşdirilməsi də mümkündür.



Planın xaçşəkilli forması mənzillərin yaxşı insolyasiyası və (mərtəbədə dörd mənzil yerləşdiyi halda) küləklənməsi üçün şərait yaradır. Lakin divarların perimetrinin xeyli artırılması belə konfiqurasiyalı binaların yalnız isti iqlimdə tətbiqini səmərəli edir.

İki blokdan ibarət birseksiyalı binalar, ümumi pilləkən və liftlərlə birləşdirilən iki sərbəst həcm təqdim edir. Şaquli kommunikasiyalar qovşağının ayrılması mənzillərin səs-küydən izolyasiyasını təmin edir, bina relyefdə yerləşdirildiyi halda isə ümumi konstruktiv sxemi mürəkkəbləşdirmədən və pozmadan binaların yerini yarım mərtəbə və ya bir mərtəbə dəyişdirmək imkanı yaradır.




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin