Memarlıq” fakültəsi “Memarlıq layihələndirilməsi və şəhərsalma ” kafedrası Fənnin adı: Memarlıq tipologiyası



Yüklə 1,25 Mb.
səhifə35/41
tarix30.03.2022
ölçüsü1,25 Mb.
#115051
1   ...   31   32   33   34   35   36   37   38   ...   41
bina və qurğuların tipologiyası (2)[7]

Koridor tipli evin plan sxemləri.

  1. düzbucaqlı; b- üçoxlu (üçyarpaq); c- yerindən hərəkət

etdirilmiş koridorla.

Qalereya tipli binalar.

Qalereya tipli binalarda mənzillər binanın bir tərəfində yerləşən hər mərtəbədəki açıq qalereyalar boyunca yerləşir. Mərtəbələrdəki qalereyalar arasındakı şaquli əlaqə pilləkənlərlə, çox mərtəbəli binalarda isə liftlərlə həyata keçirilir.

Açıq qalereyaların və bəzən də açıq pilləkənlərin olduğuna görə qalereya tipli binaları yalnız cənub rayonlarında tətbiq edirlər. Burada belə binaların tikintisi çox səmərəlidir, belə ki, iki pilləkənlə çoxlu sayda mənzillərə xidmət etmək mümkündür. Qalereyalar isə üfüqi kommunikasiyanın zəruri vasitəsi olmaqla yanaşı eyni zamanda mənzilləri çox qızmaqdan qoruyur, bu isə cənub rayonlarında çox vacibdir. Qalereya quruluşu mənzillərin yüksək sanitar-gigiyena şəraitini təmin edir, burada bütün mənzillər istisnasız ikitərəfli səmtləşdirilmə və ikitərəfli küləklənmə alır. Qalereya tipli binalar, minimum sayda olan tikinti elementləri ilə sadə konstruktiv sxemdə yerinə yetirilə bilir.

Planda formasına görə qalereya tipli binaları düzbucaqlı və ya müəyyən qədər əyintisi olan – təhrif etdirilmiş düzbucaqlı şəkildə etmək daha məqsədəuyğundur. Qalereyalı binaların plan həllində pilləkənlər və liftlərin yerləşdirilməsinin böyük əhəmiyyəti vardır. Pilləkənlər və liftlər binanın ölçüləri daxilində və yaxud, binadan xaricə çıxarıla bilər. Sonuncu üsul binanın ümumi konstruktiv həllini sadələşdirir.

Pilləkənlərin sayı və ondan ən uzaq mənzilin qapısına qədər olan məsafə analoji olaraq koridor tipli evlərdə olduğu kimi normalara əsasən müəyyənləşdirilir.






Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin