Mənzillərin elastik planlaşdırılması. Mənzillərin elastik planlaşdırma prinsipi mənzilin ümumi sahəsinin saxlanılması, mətbəx və sanitar-texniki avadanlığının daimi yerləşdirilməsi şərti və otaqları dəyişdirməyə imkan verir.
Layihələşdirmə prosesində mənzillərin müxtəlif variantlarına baxıla bilər. Bu yaxud başqa variant ailələrin xüsusiyyətlərinin və ehtiyaclarının nəzərə alınmasını sakinlər özləri secir. Mənzildə yaşayan ailənin tərkibi dəyişən zaman (sayı yaxud yaşı) istismar prosesində həmçinin mənzilin yenidən planlaşdırılması mümkündür.
İriləşdirilmiş addımla şaquli yükdaşıyan konstruksiyaları (eninə olan divarların yaxud karkasın) olan yaşayış binalarının müasir konstruktiv həlləri elastik planlaşdırması olan mənzillərin inkişafi və yaşayış tikintisində tətbiq edilməsi üçün zəmin yaradır. Belə mənzillərdə ancaq sanitar-texniki blokların yerləşdirilməsi ilə şərtlənmiş mətbəxin və sanitar qovsağının yerləşməsi dəyişməz qalır. Mənzillərin planlaşdırma variantlarına həmçinin açılıb-bağlanan arakəsmələrin, dəqiq uyğunlaşdırılmış və yüngül yerini dəyişən dolabların işlədilməsi ilə nail olunur. Bu da mənzillərin planının (qismən, yaxud tam) tez dəyişməsinə imkan verir.
Dostları ilə paylaş: |