- koridor tipli binalar – planlaşdırma quruluşu onunla müəyyənləşir ki, hər mərtəbədəki mənzillər bir ümumi koridora çıxır;
- qalereya tipli binalar – mənzillər hər mərtəbədəki açıq qalereyalara çıxır.
Bu tiplərdən hər birinin üstün cəhətləri və nöqsanları var. Seksiya quruluşlu binalarda mənzillərin yığcamlığı və yaxşı izolyasiyası təmin edilir. Qülləvari binaların yığcamlığı isə sahələrin tikintisi üçün rahatdır. Bundan əlavə yüksək kompozisiya ifadəli tikinti silueti yaradılmasına təsir göstərir. Koridor sistemli planlaşdırma mənzillərin yaxşı izolyasiyasını təmin etmir, amma o kiçik mənzillərin və ayrı-ayrı otaqların qənaətli yerləşdirilməsini təmin edir. Qalereya tipli binaların tikintisi başlıca olaraq cənub rayonları üçün məqsədəuyğundur.
Beləliklə, çoxmənzilli binaların planlaşdırma quruluşunun seçimi tikinti yerini müəyyənləşdirən şərtlər kompleksindən asılıdır.
Dostları ilə paylaş: |