İki səviyyədə yerləşən birmənzilli evlərin tipləri.
a - mansardlı; b- otaqların qismən iki səviyyədə
yerləşdirilir; c- mənzil bütövlükdə iki səviyyədə
yerləşdirilir; d- döşəmələrin səviyyəsi dəyişir.
Azmərtəbəli evlərdə mənzillərə giriş bilavasitə küçədən həyətə keçirildiyi üçün (pilləkən qəfəsindən deyil) isti rayonları istisna olmaqla, başqa rayonlarda girişdə daxili tambur, soyuq dəhlizlər nəzərdə tutulur. Bəzi hallarda soyuq dəhliz kimi şüşəli eyvanlar istifadə olunur.
Qəsəbə məişətinin xüsusiyyətinə görə mənzildə hökmən, həm ev əşyaları, həm də bəzi ərzaqların saxlanılması üçün anbarlar lazım olur.
Dostları ilə paylaş: |