Konstruksiyalar və sanitar texniki avadanlıq.
Azmərtəbəli evlərin tikintisi üçün istifadə olunan inşaat materialları və konstruksiyalar çox müxtəlifdir. Onların ümumi xüsusiyyətləri onunla təyin edilir ki, azmərtəbəli evlərin yükgötürməsi böyük olmur, odadavamlılıq tələbləri aşağı olur, bu binaların tikintisində maksimum yerli ucuz inşaat materiallarından istifadə olunur.
Bir- və ikimənzilli evin konstruktiv sxemi ilk növbədə mənzilin ölçüləri ilə müəyyənləşdirilir. Mənzil sahəsi kiçik olduqda konstruktiv sxem daxili dayaqlar olmadan ola bilər. Bu halda örtmə tavaları xarici divarlara söykənir.
Mənzilin sahəsi böyük olduqda konstruktiv sxemə örtük elementlərinin söykənməsi üçün daxili dayaq olaraq binanın eninə və ya uzununa yerləşdirilmiş divar və ya tir əlavə edirlər. Bütün variantlarda örtmə tavalarının söykəndiyi xarici divarlar aparıcı (yükdaşıyan) olmalıdır. Yükdaşıyan divarların yerinə yüngül doldurulma ilə karkas konstruksiya tətbiq edilə bilər. Vahid ölçülü örtmə elementlərindən istifadə etmək üçün daxili dayaqlar binanı bərabər aşırımlara və ya addımlara bölməlidir ki, bu da vahid modul sisteminə əsaslanır (VMS).
Dostları ilə paylaş: |