Konstruktiv sxemlər.
Çoxmərtəbəli binaların konstruktiv sxemləri onların mərtəbəliliyindən və həcmi-planlaşdırılma quruluşundan (seksiyalı, koridor, qalereya tipli) asılıdır. Sxemin seçilməsinə eləcə də tikinti yerinin sənaye bazası da (istehsal edilən məmulatın xarakteri, tikinti proseslərinin mexanikləşdirmə imkanları və yerli inşaat materialları) əhəmiyyətli dərəcədə təsir göstərir. Konstruktiv sxem də öz növbəsində yaşayış binasının planlaşdırma və memarlıq-bədii həllinə təsir göstərir.
Ölkəmizin çoxmərtəbəli yaşayış binalarının tikinti təcrübəsində, bir qayda olaraq, karkassız və karkaslı, az hallarda isə qarışıq konstruktiv sxemlər tətbiq edilir.
Dostları ilə paylaş: |