Memarlıq” fakültəsi “Memarlıq layihələndirilməsi və şəhərsalma ” kafedrası Fənnin adı: Memarlıq tipologiyası


Çoxseksiyalı evlər, birseksiyalı evlər



Yüklə 1,25 Mb.
səhifə31/41
tarix30.03.2022
ölçüsü1,25 Mb.
#115051
1   ...   27   28   29   30   31   32   33   34   ...   41
bina və qurğuların tipologiyası (2)[7]

Çoxseksiyalı evlər, birseksiyalı evlər.

Seksiyalı binalar çoxmərtəbəli yaşayış binalarının ən çox yayılmış tipidir. Onlar istənilən iqlim şəraiti üçün qəbul oluna bilər, orta örçülü kütləvi bir tipli mənzillərin planlaşdırılması üçün rahatdır, sadə konstruktiv sxemlərin və onların elementlərinin maksimum unifikasiyasını (vahid şəklə salınma) tətbiq etmək üçün şərait yaradır.

Yaşayış seksiyası pilləkən qəfəsi ətrafında yerləşən bir neçə mənzildən ibarət özək təqdim edir. Şaquli və üfüqi istiqamətdə təkrarlanan belə seksiyalarda lazımı uzunluqda və lazımı mərtəbəlikdə layihələndirilir.

Binanın planda yerləşdiyi yerə görə, seksiyalar cərgəli (sıravi), baş və tin (künc) seksiyalara bölünürlər.



Düz cərgəli seksiyalar binanın əsas quruluş elementidir. Bir qayda olaraq, onlar planda düzbucaqlı formada və iki xarici divarlı olur. Mürəkkəb formalı düz cərgəli seksiyalar (T-şəkilli, xaçşəkilli, üçşualı) seksiyada mənzillərin sayının artırılması, tikinti yerinin konkret şərtlərinə görə insolyasiya və küləklənmənin yaxşılaşdırılması məqsədilə tətbiq edilir. Künc seksiyalar V- və L-şəkili planları olan binalarda tətbiq edilir.

Seksiyaların planlaşdırma həllini əhəmiyyətli dərəcədə müəyyənləşdirən şərtlərdən biri hər mərtəbədəki pilləkən qəfəsinə çıxan mənzillərin sayıdır. Müasir təcrübədə iki-, üç-, dörd-, altı-, səkkiz mənzilli seksiyalar tətbiq edilir. Sonuncu iki növ yalnız yüksək mərtəbəli binalarda səmərəlidir.

Kütləvi sənaye tipli yaşayış tikintisi üçün planda daha sadə, düzbucaqlı formada olan yaşayış binalarının tətbiq edilməsi xasdır. Tikintinin rəngarəngliyinə, əsasən, binaların müxtəlif uzunluğu və hündürlüyü hesabına nail olunur. Lakin bəzi konkret şərtlərdə seksiyaların daha mürəkkəb bloklaşdırılması da mümkündür. İnsolyasiyasının yaxşı olması üçün seksiyaları bir-birinə nisbətən hərəkət etdirmək olar; mürəkkəb relyefdə üfüqün istiqamətində olan əyrixətli və kiçik planlı binaların tətbiqi səmərəli ola bilər; bəzən L və ya V-şəkilli planı olan binalar lazım olur; xarici təcrübədə zəngin plastik kompozisiya yaratmaq üçün çox mürəkkəb bloklaşdırılmaya rast gəlinir.

Mürəkkəb relyef şəraitində bloklaşdırılan seksiyaların şaquli istiqamətdə, mənzillərinin səviyyəsini dəyişməklə hərəkət etdirilməsi tətbiq edilir.

Seksiyalı yaşayış binalarının memarlıq-həcmi həlli onların daxili quruluşunu ifadə edir. Seksiyalı binalarda əsas planlaşdırma və kompozisiya elementi, fasadın əsas ritmik quruluşunu yaradan seksiyadır. Bu ritmin elementləri – giriş, pilləkən qəfəsi, pəncərələr, balkonlar və ya lociyalərdir. Mənzilin quruluşunu əks etdirən pəncərə, balkon və ya lociyaların qruplaşdırılması fasad kompozisiyasını əhəmiyyətli dərəcədə müəyyən edir.


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin