Birseksiyalı evlərin plan formaları.
düzbucaqlı; v- T-şəkilli; c- üçoxlu;
ç- xaçşəkilli; d- cüt bloklu.
Birseksiyalı binalar tikintinin şəhərsalma keyfiyyətlərinin yaxşıyaşdırılmasına təsir göstərir. Planlaşdırılmadan başqa onların həm də həcm-məkan quruluşunun da əhəmiyyəti vardır. Binanın plan quruluşu, da onun kompozisiya həllinə müəyyən qədər təsir edir. Bir seksiyalı binalar bəzən hər tərəfdən eyni görünüşə malikdir. Fasadların kompozisiyası elementlərin uzun binalarda olduğu kimi üfüqi istiqamətdə deyil, şaquli istiqamətdə təkrarlanması ilə qurulur. Bu keyfiyyətlər qülləvari kompozisiyalara məxsusdur. Belə kompozisiyalarda bütöv həcmin plastikliyinin böyük əhəmiyyəti vardır. Planın xaçşəkilli və «üçyarpaq» formasının özü həcmin çox ifadəli plastikasını verir. Düzbucaqlı və kvadrat planlı binalarda fasadların plastikasına balkonların və lociyaların köməyi ilə nail olunur.
Dostları ilə paylaş: |