Yüksək mərtəbəli yaşayış tikintisi.
Müasir yaşayış tikintisinin fərdi cəhəti onun əsas keyfiyyətlərindən sayılır. Tikintidə dəmir-beton və başqa uzunömürlü materialların işlədilməsi binaların uzun müddətli olmasını təmin edir. Bununla bərabər məskənsalma normalarının artırılması, mənzillərin texniki avadanlığının yaxşılaşdırılması, məişətin təşkilinin yeni formalara keçməsi və nahayət, əhalinin artan tələbatları mənzillərin «mənəvi qocalaca» məsələsini meydana gətirir.
Bir tipli seksiyaların yaradılması dövründə əldə olunan müsbət nailiyyətlər yaşayış tikinti həcminin artırılmasına görə kifayət etmirdi. Bir tipli seksiyalardan bir tipli yaşayış binalarının həllinə keçmək lazım gəlirdi. Keçən əsrin ortalığında zavodda hazırlanan məmulatları və detalları ilə layihələrin yeni tiplərinin tərtibatı başlamışdır.
Dostları ilə paylaş: |